Məsləhətli App #4: 'Quik' - Ödənişsiz professional video redaktor tətbiq (İCMAL)

Məsləhətli App #4: 'Quik' - Ödənişsiz professional video redaktor tətbiq (İCMAL)

Texnologiya
25.07.2017 PAYLAŞIM

Bu xəbərdə sizlərə professional kamera deyəndə ilk ağla gələn istehsalçılardan biri olan GoPro-nun smartfonlar üçün təqdim etdiyi video redaktor tətbiq Quik haqqında danışacağıq. Bir vaxtlar maliyyə sıxıntıları yaşayan GoPro şirkəti gəlirlərini və mobil istifadəçi məmnuniyyətini artırmaq üçün ReplaySplice adlı video redaktor tətbiqləri 105 milyon dollara satın alaraq istifadəçilərə ödənişsiz olaraq təqdim etdi. Daha çox firma məsələlərinə girmədən tətbiq haqqında məlumatlara keçək. 

Quik sadə interfeysli, istifadəsi rahat və yüksək keyfiyyətli videolar hazırlaya biləcəyiniz professional video redaktor tətbiqdir. Smartfonlarımızda çəkdiyimiz videoları paylaşmazdan əvvəl birləşdirməyi, xüsusi effektlər verməyi qısacası videoları daha diqqət çəkici etməyi çoxumuz sevirik. Google Play-də və App Store-da bir çox ödənişsiz video redaktor tətbiq var. Lakin bu tətbiqlərin ödənişsiz versiyalarının daha aşağı keyfiyyət təqdim etməsi və hazırlanan görüntülərin bir kənarına həmin tətbiqin loqosunun vurulması istifadəçilərdə müəyyən qədər ödəniş qarşılığında "pro" versiyanın satın alınması məcburiyyətini yaradırdı. Bu problemləri kökündən həll edən Quik tez bir zamanda istifadəçilərin sevimli tətbiqinə çevrildi. 


Android iOS cihazlar üçün istifadəyə verilən ödənişsiz video redaktor tətbiq Quik ilə əyləncəli kadrlar yarada bilərsiniz. Bu işdə sizə tətbiqin daxilində olan hazır dizaynlar da kömək edəcək. İndi isə Quik tətbiqi ilə nələr edə biləcəyimizə nəzər salaq.

- Əlavə etdiyiniz faylları (video və şəkil) redaktə etmək

- Redaktə etdiyiniz görüntülərə mahnı və digər səsli faylları əlavə etmək

- Tətbiqin daxilində olan effektlər (video redaktə stilləri) ilə görüntüləri "gözəlləşdirmək"

- Əlavə etdiyiniz faylların (video və şəkil) nə qədər müddətdə davam etməsini tənzimləmək

- Hazırladığınız videonun formatını seçmək (Film - Kadr)

- Əlavə etdiyiniz faylların hər birinə ayrılıqda filtr tətbiq etmək

- Sonda isə videolarınıza əlavə etdiyiniz yazıların tipini asan bir şəkildə dəyişə bilmək

Yuxarıda qeyd olunan özəlliklərin hər bir ödənişsiz təqdim olunur və tətbiqi istifadə edən zaman heç bir reklamla qarşılaşmırsınız. Əlavə olaraq Quik ilə ahazırladığınız videoların keyfiyyəti aşağı düşmür əlavə bir loqo vurulmur. Bu da Quik-i digər rəqiblərindən üstün edən əsas fərqlərdən biridir. 

Sosial media hesablarınızda tez-tez çəkdiklərinizi paylaşırsınızsa Quik ilə hazırladığınız əyləncəli, professional və yüksək keyfiyyətli videolar ilə yaxınlarınızı heyrətləndirə bilərsiniz. Bu mükəmməl tətbiqin həcmi App Store-da 130 MB, Google Play-də isə sadəcə 78 MB-dır. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung-un yeni texnologiyası mobil internetdə rekord sürət əldə etməyə imkan ve..

Samsung-un yeni texnologiyası smartfonlarda məlumatların ötürülməsi üzrə rekord sürət əldə etməyə im..


Alphabet holdinqi insanın eşitmə qabiliyyətini üst səviyyəyə yüksəldəcək cihaz ü..

İnsayderlərin verdikləri məlumata əsasən Google şirkətinin sahibi olan Alphabet holdinqi daşınıla bi..


Google Chrome-da istifadəçilərin izlənməsi mərhələli şəkildə dayandırılacaq..

Yeni Google Chrome 89 brauzerinin əsas yeniliyi cookie fayllarını əvəzləyəcək FLoC texnologiyası olu..


Starship kosmik gəmisinin növbəti prototipinin testi qismən uğurla yekunlaşıb (V..

SpaceX-in Starship adlı kosmik gəmisinin növbəti prototipi sonunda 10 km yüksəkliyə qalxa və qəzasız..


Elon Musk Texas ştatında şəhər inşasını planlaşdırır

Elon Musk dəfələrlə Marsda şəhər inşa etmək planlarından danışıb.


Facebook-un ilk AR eynəyinin nə zaman satışa çıxacağı məlum olub

Facebook-un top meneceri şirkətin ilk AR eynəyi barəsində yeni məlumatlar verib. Verilmiş məlumatlar..

×