Məsləhətli App #5: 'Gboard' - Google-un təqdim etdiyi geniş imkanlı və stabil klaviatura tətbiq (İCMAL)

Məsləhətli App #5: 'Gboard' - Google-un təqdim etdiyi geniş imkanlı və stabil klaviatura tətbiq (İCMAL)

Texnologiya
26.07.2017 PAYLAŞIM

Google Android-i satın aldığı gündən bəri Android-in daxilindəki tətbiqlərə müxtəlif düzəlişlər etməklə kifayətlənməyərək zaman-zaman bu mobil əməliyyat sisteminə özünün inkişaf etdirdiyi tətbiqlərini də əlavə edir. Əvvəlki sistemdə Google Keyboard adlandırılan stabil və standart klaviaturadan narazı olan bəzi markalar müxtəlif tətbiqlər ilə əməkdaşlıq edirdi. Məsələn, Sony bu markalardan biridir və Swiftkey ilə əməkdaşlıq edərək Sony cihazlarının üzərində gələn standart klaviaturanın Swiftkey olmasının da səbəbi budur. 

Görünür Google da öz klaviaturasından məmnun deyildi və biraz gec də olsa onu yeniləməyi qərara aldı. Belə ki, şirkət iOS istifadəçiləri üçün 2016-cı ilin mart ayından istifadəyə verdiyi Gboard tətbiqini təxminən 6 ay sonra Android üçün də əlçatan etdi. Bu klaviatura əvvəlkindən stabil və daha rahat idi. İndi isə "Google-un təqdim etdiyi geniş imkanlı və stabil klaviatura tətbiq"-in özəllikləri ilə tanış olaq.- Glide Typing. Daha əvvəlki klaviaturanın da sahib olduğu "sürüşdürərək yaz" özəlliyi Gboard-da da yerləşdirilib. Daha stabil işləyən Glide Typing-in köməyi ilə mesajlarınızı daha rahat bir şəkildə yaza bilərsiniz.


- GIF dəstəyi. Gboard-ın şübhəsiz ki, ən bəyənilən özəlliklərindən biri tətbiqdə GIF dəstəyinin olmasıdır. Artıq bir çox tətbiqdə mövcud olan bu özəllik istifadəyə verildiyi zaman standart Google Keyboard və Swiftkey-də hələ də yerləşdirilməmişdi.

- Zəngin Emoji dəstəyi. İstədiyiniz zaman emoji bölməsinə keçərək mesajlarınızı emojilərlə də cavablaya bilərsiniz. Keçidlər zamanı heç bir problemin yaşanmaması və olduqca stabil işləməsi tətbiqin əsas üstünlüklərindən biridir. 

- Axtarış sistemi. Gboard-ı digər klaviatura tətbiqlərdən fərqləndirən başlıca özəllik tətbiqdə axtarış sisteminin mövcud olmasıdır. Sol üst küncdə yerləşdirilən Google loqosuna toxunduqda kiçik bir axtarış sisteminə çevrilən klaviatura sürətli axtarışlar edənlərə bunun üçün sərf etdiyi vaxta qənaət etmək imkanı verir.

Gboard App Store-da və Google Play-də ümumilikdə 1 milyarda yaxın yüklənmə göstəricisinə sahibdir. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..

×