main-post-cover

    Meta şirkəti Zuck Bucks adlı rəqəmsal valyuta üzərində çalışır

    Elm & Texnologiya
    07.04.2022
    Farid Pardashunas
        Financial Times saytının verdiyi məlumata əsasən Meta şirkəti Diem kriptovalyuta layihəsindən imtina edəndən sonra öz platformalarında maliyyə xidmətlərinin təklif edilməsi üzrə cəhdləri reallaşdırmağa davam edir. Məlumatda qeyd edilib ki, bu məsələdə ola biləcək variantlardan biri də şərti adı Zuck Bucks olan rəqəmsal valyuta ola bilər. Verilmiş məlumata əsasən Meta-nın təsisçisi olan Mark Zuckerberg-in şərəfinə adlandırılmış Zuck Bucks rəqəmsal aktivi kriptovalyuta olmayacaq. Söhbət, Meta-nın tətbiqlərində istifadə ediləcək rəqəmsal tokenlərdən gedir. Hal hazırda olan bir çox oyunlarda daxili valyuta məhz bu üsul ilə çalışır. Buna misal olaraq Roblox adlı platforma daxilində istifadə edilən Robux tokenini gətirmək olar.
        Roblox öz rəqəmsal valyutası üzərində diqqət çəkən biznes qurandan sonra indi də Meta şirkəti öz servisləri üzərində bu cür biznesi qurmağa cəhd edəcək. Bununla belə şirkət blockchain texnologiyasından hələ tam şəkildə imtina etməyib. NFT-nin inteqrasiya prosesi hələ davam edir. Artıq gələn ay Facebook-da bu məsələ ilə bağlı iki layihənin istifadəyə verilməsi gözlənilir. Birinci layihə çərçivəsində Facebook daxilindəki qapalı qruplar üçün abunəlik sistemi istifadəyə verilməlidir. Bu halda həmin qruplara yalnız rəqəmsal tokenlərin sahibləri daxil ola biləcəklər. İkinci layihə isə NFT-nin istifadəyə verilməsini əhatə edəcək. Qeyd etmək lazımdır ki, Meta şirkətinin təmsilçiləri daha öncə Instagram-a NFT texnologiyasının inteqrasiyasının nəzərdən keçirildiyini bildirmişdilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər