
Mi 10-dan daha sürətli satış: Mi 10 Pro-nun birinci partiyası rekord vaxta satılıb
Elm & Texnologiya
18.02.2020
Emil
Adi Xiaomi Mi 10-nun satışa çıxmasından bir neçə gün sonra Çində Mi 10 Pro modeli də satışa çıxdı. Mi 10 Pro-nun satışa çıxması ilə Xiaomi şirkəti növbəti satış rekorduna imza atdı. Belə ki, Pro versiyanın birinci partiyası adi Mi 10-nun birinci partiyasından daha sürətlə satılıb. Qeyd etmək lazımdır ki, adi Mi 10-nun birinci partiyası 1 dəqiqə ərzində satılmışdı. Bu barədə Mydrivers saytı xəbər verib. Verilmiş məlumata əsasən satışlara start veriləndən sonra Mi 10 Pro-nun birinci partiyası (təxminən 40.000 ədəd smartfon) 55 saniyə ərzində satılıb. Nəticədə Xiaomi şirkəti 28.6 milyon dollar gəlir əldə edib.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy S25 FE-nin iki vacib özəlliyi açıqlanıb
