main-post-cover

    Mi Mobile şirkətindən Xiaomi brendinin azərbaycanlı pərəstişkarları üçün möhtəşəm sürpriz

    28.05.2018
    Farid Pardashunas
        Bildiyiniz kimi, strategiyası «keyfiyyətli texnologiyalar baha olmamali və hamı üçün əlçatan olmalıdır» olan Çin korporasiyasının məhsullarına artıq neçə illərdir ki, tələbat artmaqdadır. Təkcə 2017 ci ildə kompaniya bütün dünyada satılan mobil cihazlarının satış həcmini iki dəfədən də çox artıraraq, nəhəng İT korporasiyaları sırasına qoşulub. Bu məsələdə Azərbaycan da dünya ölkələrindən geri qalmır, günü gündən Mİ brendinə üstünlük verən istifadəçilərin sayı artır.
        Bunu nəzərə alaraq, 2 ildən artıqdır ki, Xiaomi məhsullarını ölkəmizə idxal edib, onların satış nöqtələrində satışını təşkil edən Mi Mobile şirkəti brendin pərəstişkarları üçün gözəl sürpriz hazırlamışdır. Şəhərin mərkəzində, Azadlıq prospekti 81 (107) ünvanında yeni Mihome.az monobrend mağazası artıq açılmışdır. Mağazada, Xiaomi kompaniyasının və onun partnyor şirkətlərinin istehsal elədiyi məhsullar ən geniş çeşiddə nümayiş etdirilir. Mihome.az üçübirində konseptinə uyğun olaraq tərtib olunmuşdur - burada məhsullarla tanış olmaq, bəyəndiyiniz məhsulu əldə etmək və ehtiyac olduqda, servis mərkəzinin xidmətlərindən istifadə edə bilməkdir. Mağazada bizim ölkəmizdə mövcud olan Xiaomi smartfonlarından əlavə, 50 çeşiddən çox muxtəlif ağıllı məhsullar da var ki, onlara Mi Band qolbaqları, xarici akkumulyatorlar, qulaqlıqlar, noutbuklar, virtual realliq eynəkləri, bel çantaları və çamodanlar, fotokameralar və videoregistratorlar, gündəlik istifadə üçün müxtəlif aksessuarlar, ağıllı məişət texnikası, «ağıllı ev» aksessuarları, giroskuterlər, elektrik velosipedləri, televizorlar və Xiaomi-nin digər innovativ məhsulları daxildir. Bundan əlavə mağazaya getmədən məhsullar haqqında məlumatı www.mimobile.az saytından əldə edə bilərsiniz.
        «Azərbaycan bazarında müxtəlif brendlərin kifayət qədər olmasına baxmayaraq, potensial hələ böyükdür. Biz çalışırıq ki, yeni istehsal olunmuş məhsulları çox sərfəli qiymətə mağazamızda yerləşdirək ki, alıcımız həmin məhsulla tanış ola bilsin və yaxından tanısın. Həmçinin alıcılarımız mağazada olmayan məhsulu da sifariş edə biləcəklər, biz onu ən yaxın vaxtda çatdırmağa çalışacağıq. Bizim məqsədimiz alıcılarımıza maraqlı, texnoloji və sərfəli qiymətli Xiaomi məhsullarının daha yaxın olmasını təmin etməkdir», - Mimobile şirkətinin biznesin inkişafı üzrə meneceri Cümşüd Əliyev şirkətin məqsədlərini açıqlayarkən bildirib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər