Mi9 Lite smartfonunun təqdimatı Xiaomi şirkəti tərəfindən təsdiqlənib

Mi9 Lite smartfonunun təqdimatı Xiaomi şirkəti tərəfindən təsdiqlənib

Texnologiya
13.09.2019 PAYLAŞIM

    Hələ təqdim edilməmiş Xiaomi Mi9 Lite smartfon modelinin texniki göstəriciləri barəsində məlumatların ortaya çıxmasından sonra smartfonun təqdimat tarixi də məlum oldu. Belə ki, internetdə sözügedən smartfonun yaxın zamanda satışa çıxmasını təsdiqləyən tizer fotosu ortaya çıxıb. Bu barədə Gizchina saytı xəbər verib. Yeni smartfonun təqdimat tarixi məlumatını özündə əks etdirən tizer fotosunu Xiaomi şirkətinin İspaniya şöbəsi təqdim edib.

    Tizer fotosuna əsasən smartfon 16 sentyabr tarixində təqdim olunacaq. Smartfonun arxa və ön kamerasından başqa bu foto digər bir texniki göstərici məlumatını əks etdirmir. Beləliklə smartfon 48 MP-lik üçlü arxa kamera və 32 MP-lik ön kamera ilə təchiz olunacaq. Məlumata əsasən bu smartfon Çində satışda olan CC9 modelinin qlobal versiyası olacaq.


    Qeyd etmək lazımdır ki, Xiaomi CC9 modeli Snapdragon 710 prosessoru vasitəsilə çalışır. Son məlumat sızıntılarına əsasən Mi9 Lite modeli 6.39 düym AMOLED ekran, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası, 6 GB RAM və 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4030 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun Avropa bazarında hansı qiymətə satılacağı barəsində bir məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..


Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının ..


Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıb..

Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar.

×