
Micro OLED ekranların bazarda kütləvi hal almaları üçün müəyyən zaman lazım olacaq
Elm & Texnologiya
13.03.2024
Emil
Son məlumatlara əsasən Samsung şirkətinin Samsung Display şöbəsi qarışıq reallıq cihazları üçün nəzərdə tutulmuş micro OLED və OLEDoS ekranlar üzərində çalışır. Lakin Samsung Display şöbəsinin icraçı direktoru Choi Joo-sun-un sözlərinə əsasən micro OLED ekranların bazarda kütləvi hal almaları üçün müəyyən zaman gözləmək lazım gələcək. Choi Joo-sun bildirib ki, bunun üçün 3-4 il vaxt lazım olacaq.
Bununla yanaşı o, qeyd edib ki, micro OLED ekranlar bazarda micro LED ekranlardan daha tez kütləvi hala çevriləcəklər. Samsung Display növbəti 2-3 il ərzində öz əsas diqqətini məhz micro OLED ekranlar sahəsinə yönəldəcək. Bu üsul ilə şirkət digərlərindn geri qalmamağa hədəflənib. Samsung Display həmçinin micro OLED ekranlar üzərində çalışmaq üçün Koreyanın yerli universitetlərindəki bacarıqlı şəxsləri də cəlb etməklə məşğuldur.
Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
