Microsoft Andromeda adlı smartfonun texniki özəllikləri ortaya çıxdı

Microsoft Andromeda adlı smartfonun texniki özəllikləri ortaya çıxdı

Texnologiya
22.06.2018 PAYLAŞIM

    Wccftech adlı sayt hələ təqdimatı baş tutmamış və gizli saxlanılan Microsoft Andromeda smartfonunun özəllikləri barəsində məlumat verib. Məlumata əsasən bu, öz özəllikləri və premium parametrlərə sahib smartfon olacaq. Beləliklə təqdim olunmuş məlumatlara əsasən Microsoft Andromeda 2880x1440 piksel keyfiyyətli QHD+ ekran, 2.9 GHz tezlikli Snapdragon 850 prosessoru və Adreno 630 qrafik sürətləndirici ilə təchiz olunacaq. Həmçinin prosessor əlavə olaraq X20 LTE modemə də sahib olacaq.

    Smartfon Windows Core OS (Windows 10-nun smartfonlar üçün sadələşdirilmiş versiyası) əməliyyat sistemi vasitəsilə çalışacaq. Bunlardan əlavə olaraq smartfon Always-Connected funksiyasını da özündə birləşdirəcək. Bu funksiya sayəsində Avropanın və Amerikanın mobil operatorları aşağı qiymət qarşılığında sürətli limitsiz internet verə biləcəklər. Sözügedən mexanizmin necə çalışacağı isə hələki məlum deyil. Microsoft Andromeda smartfonunun bu ilin sonunda və ya gələn ilin əvvəlində satışa çıxması planlaşdırılır. Onun qiyməti və dəqiq təqdimat tarixi barədə heç bir məlumat yoxdur.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi Watch Color 2 smart saatı və naqilsiz Mi True Wireless Earphones 3 Pro qu..

Xiaomi şirkəti Civi adlı yeni smartfon ilə birlikdə həmçinin Xiaomi Watch Color 2 smart saatını və n..


Elektrikli moped üçün hazırlanmış yeni litium-karbon batareya enerjini 90 saniyə..

Almaniyadan olan mühəndislər elektrikli mopedlər üçün nəzərdə tutulmuş sürətli şarj texnologiyalı ye..


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..

×