'Microsoft', 'Apple'ı ideya oğurluğunda ittiham edir

19.06.2017 0 PAYLAŞIM 442 OXUNMA

“Microsoft” şirkətinin icraçı direktoru Ryan Gavin bildirib ki, “Apple”, iPad Pro modelini, Surface seriyasına cavab kimi istehsal edib.

Biz artıq uzun illərdi ki, öz 2-nin 1-də olan cihazlarımızı müşahidə edir və onları təkmilləşdiririk. Lakin biz Surface-i təqdim edən zaman bir çoxları ona skeptik yanaşmışdılar. Hətta “Apple” şirkəti də bu cihaza skeptik yanaşmışdı. Lakin sonradan onlar bizim yolumuzla getdilər. iPad Pro buna bariz nümunədir” – deyə Ryan Gavin bildirib. Gavin onu da qeyd edib ki, “Microsoft” öz məhsullarını, “Apple” şirkətinə fikir vermədən istehsal edir. Onun sözlərinə əsasən əgər “Microsoft” həqiqətən də rəqibin texnologiyalarına əsasən məhsul istehsal etsəydi, onda Surface BookPro modelləri kimi cihazlar işıq üzü görməzdilər. Qeyd etmək lazımdır ki, ilkin mərhələdə “Apple” şirkəti, iPad-ı, kontent istifadəsi üçün nəzərdə tutulmuş multimedia cihazı kimi reklam edirdi. Xarici klaviatura və stilusa sahib yeni iPad Pro-nun satışa çıxması ilə şirkət bu cihazı, noutbook əvəzedicisi kimi təqdim edir.