Microsoft Apple kimi öz kompüterləri üçün Arm prosessorlar üzərində çalışır

Microsoft Apple kimi öz kompüterləri üçün Arm prosessorlar üzərində çalışır

Texnologiya
02.05.2023 PAYLAŞIM

    İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Microsoft şirkəti Arm arxitekturası əsasında qurulacaq yeni kompüter prosessorları üzərində çalışır. Bu məsələdə Microsoft Apple şirkətinin yolu ilə getmək istəyir. Məlumatda qeyd edilib ki, Arm prosessorlar layihəsi üzərində Microsoft Silicon komandası çalışır. Bundan əlavə olaraq şirkət gələcək Windows 12 əməliyyat sistemini Arm prosessorlar üçün optimizasiya edir.

    Microsoft-un bir neçə müddət bundan öncə açmış olduğu yeni vakansiyalar məhz bu layihələrdən xəbər verirlər. Şirkət əsasən yüksək performanslı arxitektura əsasında qurulan prosessorların hazırlanması və o cümlədən CPUGPU arxitekturası ilə dizaynı sahələrində təcrübəyə sahib baş mühəndisin axtarışındadır. Microsoft-un Arm prosessorları barəsində hələ heç bir məlumat yoxdur. Ola bilər ki, şirkət bu cür prosessorları bir neçə ildən sonra təqdim etsin. Bunun olacağı halda şirkət Arm prosessorları özünün Surface seriyasına daxil olan kompüterlərində istifadə edə bilər.




DAHA ÇOX


Apple Vision Pro qarışıq reallıq cihazının yeni keyfiyyətli fotoları ortaya çıxı..

Apple şirkəti dünən gecə Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqd..


Honor fərdi prosessorlarını istehsal edəcək

Vaxtı ikən ABŞ hökumətinin sərt sanksiyaları ilə qarşılaşaraq fərdi Kirin prosessorlarının istehsalı..


Apple yenilənmiş Mac Studio-nu təqdim edib - QİYMƏTİ

Yenilənmiş Mac Pro ilə yanaşı Apple yeni Mac Studio-nu da təqdim edib.


Apple M2 Ultra-ya sahib yenilənmiş Mac Pro-nu təqdim edib - QİYMƏTİ

WWDC 2023 konfransı çərçivəsində təqdim edilmiş yeni məhsullardan biri də yenilənmiş Mac Pro kompüte..


Apple ən güclü prosessoru M2 Ultra-nı təqdim edib

Apple WWDC 2023 konfransı çərçivəsində öz yeni və ən güclü prosessoru olan M2 Ultra-nı təqdim edib...


Apple Vision Pro qarışıq reallıq (AR + VR) cihazı təqdim edilib - QİYMƏTİ (VİDEO..

Bir neçə il ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Apple şirkəti WWDC 2023 konfransı ç..

×