
Microsoft şirkəti tərtibatçılar üçün nəzərdə tutulmuş Build 2023 konfransının keçirilmə tarixini elan edib. Beləliklə sözügedən konfrans 23 maydan 25 maya kimi keçiriləcək. Konfransı əhatə edəcək seminarlar isə 22 may tarixindən start götürəcək. Konfrans həm ənənəvi həm də online formatda baş tutacaq. Buna görə də istənilən şəxs Microsoft Build 2023-də iştirak edə biləcək. Baş tutacaq konfrans çərçivəsində şirkət öz yeni məhsullarından və artıq mövcud olan həllərinin necə inkişaf etdiriləcəyindən danışacaq. Microsoft Build 2023-də online rejimdə iştirak etmək üçün şirkətin saytında qeydiyyatdan keçmək lazımdır. Gözləntilərə əsasən şirkət bu ilki Build konfransında Windows 11-i hansı yenliklərin gözlədiyini açıqlayacaq və yenilənmiş Bing axtarış sistemi ilə Edge brauzeri üçün süni zəka əsaslı yeni funksiyalar barəsində danışacaq.
Şərh yoxdur