main-post-cover

    Microsoft ChatGPT çat-botu üçün super kompüterin hazırlanmasına yüzlərlə milyon dollar vəsait sərf edib

    Elm & Texnologiya
    14.03.2023
    Farid Pardashunas
        Bloomberg saytının verdiyi məlumata əsasən Microsoft OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botu üçün nəzərdə tutulmuş superkompüterin hazırlanmasına yüzlərlə milyon dollar vəsait sərf edib. Öz bloqunda Microsoft şirkəti Azure bulud platforması çərçivəsində çalışan süni zəka üçün güclü infrastrukturu necə yaratdığını açıqlayıb. Məlumatda qeyd edilib ki, superkompüterin hazırlanması üçün Microsoft şirkəti NVIDIA-nın min ədəd qrafik prosessorunu Azure platformasında birləşdirib. Bu isə öz növbəsində OpenAI şirkətinə daha güclü süni zəka modellərini işə salmağa və ChatGPT ilə yenilənmiş Bing-də süni zəka imkanlarının aktivləşdirilməsinə imkan verib.
        Microsoft-un süni zəka və bulud texnologiyaları üzrə vitse-prezidenti Scott Guthrie bildirib ki, şirkət bu layihəyə yüz milyonlarla dollar vəsait sərf edib. Microsoft kimi böyük texnoloji şirkət üçün bu qədər vəsait sərfiyyatı çox kiçik görünsə də, hələ bir neçə müddət bundan öncə o, OpenAI şirkətinə milyardlarla dollar vəsait yatırmağa başladı. Bu isə öz növbəsində Microsoft-un bu istiqamətdə inkişaf etmək istəməsinin bariz nümunəsidir. Şirkət Azure platformasının süni zəka sisteminin daha güclü olması istiqamətində işlərə artıq start verib. Bu, NVIDIA-nın H100 A100 Tensor Core adlı qrafik prosessorlarının istifadə edilməsi hesabına reallaşdırılır. Microsoft-un fikrincə bu, OpenAI və digər şirkətlər üçün daha qəliz və böyük süni zəka modellərinin təkmilləşdirilməsi imkanını verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər