Logo
    main-post-cover

    Microsoft dəyişdirilə bilən batareyaya sahib AR eynəyin patentini əldə edib

    Elm & Texnologiya
    12.10.2023
    Emil
         Microsoft şirkəti dəyişdirilə bilən batareyaya sahib AR eynəyin patentini əldə edib. Patenti əldə edilmiş AR eynəyin təsviri internetdə ortaya çıxıb. Patent sənədində qeyd edilmiş məlumata əsasən sözügedən AR eynəyin batareyası dəyişdirilən zaman eynək deaktiv olmur və öz işini davam etdirir. Buna görə də istifadəçi AR eynəyin çalışdığı zaman rahatlıqla onun batareyasını dəyişə bilər. Batareya isə eynəyin çərçivəsinə və ya qulaq üzərində yerləşən kənar hissəsinə yerləşdirilə bilər. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, bu AR eynək xarici smart cihazlara qoşulma özəlliyinə sahib ola bilər Microsoft şirkətinin bu cür AR eynəyi nə zaman təqdim edəcəyi bilinmir.
    Paylaş