main-post-cover

    Microsoft Edge brauzeri riyazi tapşırıqları həll etməyi öyrənib

    Elm & Texnologiya
    08.03.2021
    Farid Pardashunas
        Microsoft özünün Edge brauzeri üçün çox faydalı bir funksiyanı test edir. Test olunan yeni funksiya əsasən məktəblilərə, tələbələrə və riyazi düsturlar ilə tez-tez qarşılaşanlara faydalı olacaq. Brauzerin Edge Canary adlı test versiyasına Math Solver adlı yeni funksiya əlavə edilib. Bu funksiya riyazi düsturları sürətlə həll etməyə imkan verir. Sözügedən funksiyanın istifadəsi zamanı sistem istifadəçiyə iki variant təqdim edəcək. Riyazi tapşırığı fərdi şəkildə daxil etmək və ya onu foto formatında daxil etmək.
        Fotonu kəsmə imkanı vasitəsilə istifadəçi riyazi tapşırığın əks olunduğu sahəni rahatlıqla qeyd edə biləcək. Brauzer isə öz növbəsində riyazi tapşırığı görən kimi onun cavabını təqdim edəcək. Bütün bunlar WolframAlpha saytının iş prinsipinə bənzəyir. Əsas fərq ondan ibarətdir ki, Edge brauzerində istifadəçinin əlavə pəncərələr ilə proqram təminatlarını işə salmağına ehtiyac qalmayacaq. Sözügedən funksiya hələ test mərhələsindədir. Math Solver funksiyasının hamı üçün aktiv şəkildə olub-olmayacağı da bilinmir. Belə ki, Edge brauzerindəki bir sıra funksiyalar nəticədə heç də hamı üçün aktiv olmurlar.
    Math Solver
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər