Microsoft Edge brauzerinin vacib yenilənməsini və brauzerin macOS üçün çıxacağını elan etdi

Microsoft Edge brauzerinin vacib yenilənməsini və brauzerin macOS üçün çıxacağını elan etdi

Texnologiya
07.12.2018 PAYLAŞIM

    Microsoft özünün Edge brauzerində olacaq bəzi dəyişiklikləri anons edib. Lakin bu dəyişikliklər brauzerin kod hissəsinə aid olacaq. Brauzerin adı və dizaynı isə olduğu kimi qalacaq. Beləliklə şirkət Edge brauzerini Chromium adlı açıq kod mənbəli platformaya keçirəcək. Qeyd etmək lazımdır ki, Google şirkətinin məşhur Chrome brauzeri də bu platforma əsasında çalışır. Şirkət öz brauzerini sözügedən platformaya nə zaman keçirəcəyi barəsində məlumat verməyib. Lakin o bildirib ki, gələn ilin əvvəlində tərtibatçılar üçün test alətləri təqdim olunacaq.

    Brauzer öz adını və dizaynını saxlayacaq. Bununla yanaşı o daha stabil çalışacaq və bütün saytlar ilə uyğunlaşa biləcək. Qeyd etmək lazımdır ki, şirkət Edge brauzerini 2015-ci ildə Windows 10 əməliyyat sisteminin bir hissəsi kimi təqdim etmişdi. Chromium platformasına keçid edəndən sonra brauzer həmçinin Windows 7Windows 8 əməliyyat sistemləri üçün də aktiv ediləcək. Brauzer üçün olacaq yenilənmələr isə əməliyyat sistemi üçün nəzərdə tutulmuş yenilənmələrdən ayrı şəkildə təqdim olunacaq.

Bənzər xəbər


    Bundan əlavə olaraq şirkət həmçinin brauzerin macOS versiyasını da təqdim edəcək. Microsoft-un artıq Apple şirkəti ilə bu cür əməkdaşlıq mövzusunda təcrübəsi var. Belə ki, şirkət vaxtı ikən Internet Explorer brauzerini Mac üçün təqdim etmişdi. Lakin 2003-cü ildən bəri onu yeniləməkdən imtina etdi. Var olduğu 3 il ərzində Edge brauzeri gözlənilən məşhurluğu əldə edə bilmədi. Veb trafikin analizi üçün nəzərdə tutulmuş StatCounter adlı servisin məlumatlarına əsasən bu ilin noyabr ayında Chrome brauzerinin bazarda payı 61.75%, Safari brauzerinin payı 15.12%, Firefox brauzerinin payı 4.92%, Opera brauzerinin payı 3.15%, Internet Explorer brauzerinin payı 2.81%, Edge brauzerinin payı isə 2.15% təşkil edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessorlarını təqdim edib..

Smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 8 Gen 1 prosessorundan sonra Qualcomm şirkəti noutbukla..


Tesla uşaqlar üçün Cyberquad adlı 4 təkərli motosikli təqdim edib - QİYMƏTİ (VİD..

Tesla şirkəti 2019-cu ildə Cybertruck pikapı ilə birlikdə Cyberquad adlı 4 təkərli motosikli də təqd..


Alimlər məlumatların DNT-yə yazılması və saxlanması sahəsində böyük irəliləyişə ..

Məlumatların bioloji üsullar vasitəsilə yazılması və ötürülməsi heç də sürətli bir proses deyil...


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..

×