Microsoft Edge, mart ayının ən çox yüklənən 2-ci brauzeri oldu
Elm & Texnologiya
06.04.2020
Nijat Hamid
Microsoft, Internet Explorer proyektini sonlandıraraq tamamilə Chromium (Chrome, Opera, Yandex kimi) bazası üzərində Edge brauzerini hazırladı. Beta versiyalarından etibarən bir xeyli diqqət çəkən yeni brauzer sevilməyə başlamışdı. O qədər sevilməyə başlandı ki, Google tərəfindən Chrome brauzerinə ilk dəfə rəqib olaraq görüldü. İndi isə araşdırma şirkəti olan Netmarketshare-in paylaşdığı Mart statistikasına baxanda maraqlı görüntülər görmək mümkündür.
Mart ayında Microsoft Edge brauzeri, Google Chrome-dan sonra ən çox yüklənən brauzer oldu.
Şəkildən göründüyü kimi Firefox brauzeri artıq 3-cü pilləyə düşüb. Microsoft tərəfindən bildirilən məlumata göre Edge brauzeri populyarlaşmağa davam edir və artıq digər brauzerləri yükləmək üçün istifadə edilən brauzer olmaqdan uzaqlaşa biliblər. Lakin göründüyü kimi brauzer ekosistemində hələ də lider Google Chrome-un əlindədir. 68.50%-lik nəhəng pay ilə Google, bu bazardakı yerini heç bir şirkətə vermək istəmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ