
'Microsoft' əməkdaşı prezentasiya zamanı Edge yerinə Chrome brauzerindən istifadə edərək hamının gülüşünə səbəb oldu (VİDEO)
Elm & Texnologiya
01.11.2017
Emil
Microsoft Ignite adlı tədbirdə çox maraqlı hadisə baş verib.
Belə ki, müştərilərə Microsoft
Azure bulud platformasının imkanlarını prezentasiya etmiş şirkət əməkdaşı elə
prezentasiya vaxtı Edge brauzerini söndürərək Chrome brauzerini kompüterə
quraşdırıb. Burda ən gülməli an isə şikrkət əməkdaşının öz reaksiyası olub.
Edge lazımi səhifəni yükləməyi dayandırıb ilişəndən sonra həmin şəxs deyir: “Mən
bilirəm, mən bilirəm bu cinayətdir”.
Daha sonra o, axtarış bölməsinə Chrome
brauzerini yükləmək üçün daxil olur. Növbəti anda isə o, zarafat edərək “Google”a
kömək etmək istəmədiyini deyir və “səhvlər haqqında hesabatların Google-a göndərilməsi”
bölməsinin üzərindən işarəni qaldırır. Bütün bunlara zaldakı insanlar sadəcə
olaraq gülərək və əl çalaraq reaksiya verirlər. Bütün bunlara aşağıda təqdim
olunmuş videoda 37-ci dəqiqədən sonra baxa bilərsiniz.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
