
Microsoft GitHub'ı alandan sonra istifadəçilər 41000 layihəni Gitlab'a keçirdiblər
Elm & Texnologiya
05.06.2018
Emil
Gitlab platformasının istifadəçiləri
1 gün ərzində 40.000-dən çox layihəni GitHub-dan Gitlab-a keçirdiblər. Bu,
Microsoft şirkətinin GitHub platformasını alması fonunda baş verib. Bu barədə
Gitlab platformasının bloqunda qeyd olunub. Microsoft şirkəti GitHub-ı aldğını
4 İyun tarixinin səhəri elan etmişdi. Artıq bugünki tarixin səhərinə kimi
istifadəçilər Twitter-də movingtogitlab hashtag-nı 2.000 dəfədən çox işlədiblər.

Gitlab-ın öz məlumatlarına əsasən 4 İyun tarixi üzrə platformanın istifadəçi
kütləsi 5 dəfə artıb. Bununla belə Gitlab-da yaradılmış layihələrin sayı
75.000-i keçib. Günün sonunda isə GitHub-dan Gitlab-a keçirilmiş layihələrin
sayı 41.000-ə çatıb. Bununla belə hal hazırda GitHub-da 80 milyona yaxın layihə
var. Jurnalistlərin fikrincə istifadəçilərin GitHub-dan Gitlab-a keçid etmələrinin
əsas səbəbi onların qorxularıdır.

Onlar güman edirlər ki, Microsoft şirkəti
açıq mənbə kodlu layihələrin böyük bir hissəsini bağlaya bilər. Bununla belə
Microsoft şirkətinin CEO-su Satya Nadella istifadəçilərə söz verib ki, şirkət
sadəcə olaraq platformanı təkmilləşdirəcək və o, bütün tərtibatçılar üçün açıq
platforma kimi fəaliyyətini davam etdirəcək. Qeyd etmək lazımdır ki, Gitlab
2011-ci ildə (GitHub-ın yaradılmasından 3 il sonra) təsis edilmişdir. Sözügedən
platforma kodla birgə çalışma servislərini təklif edir. Gitlab-da ödənişli abunəliyin
dəyəri 1 ay ərzində 4$ təşkil
edir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
