
'Microsoft' Kinect cihazının istehsalını dayandırdı
Elm & Texnologiya
26.10.2017
Emil
“Microsoft” şirkəti ilk dəfə 2010-cu ildə təqdim etdiyi oyun idarəetmə sistemi olan Kinect-in istehsalını dayandırdı.
Bu barədə həmin sistemin
yaradıcılarından biri bildirib. Qeyd etmək lazımdır ki, Xbox 360 oyun konsolu
üçün əlavə istehsal olunmuş Kinect aksessuar kimi təqdim olunmuşdu. Həmin cihaz
istifadəçinin bədən hərəkətlərini və səslərini təyin edərək onları oyuna ötürən
kamera, mikrofon və infraqırmızı sensorlarla təchiz olunmuşdu. Daha sonra şirkət
Kinect-i Xbox One konsolu və Windows əməliyyat sistemi ilə inteqrasiya etmişdi.
7 il ərzində ümumilikdə 35 milyon ədəd Kinect cihazı satılmışdı.

Lakin bu müddət
ərzində onun üçün o qədər də böyük oyun layihələri təqdim olunmamışdı. Müəyyən
vaxtdan sonra “Microsoft” PS4 konsolu ilə rəqabətə öz diqqətikni yönəltdi.
Kinect komandasının bir hissəsi isə şirkətin digər layihələrinə keçdi.
Baxmayaraq ki, şirkət bir məhsul kimi Kinect-dən imtina etdi, onun üçün
hazırlanmış xüsusi sensorlar şirkətin HoloLens kimi digər cihazlarında istifadə
olunacaqlar. Bununla yanaşı şirkət Xbox istifadəçiləri üçün də bu cihazı dəstəkləməyə
davam edəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
