main-post-cover

    Microsoft öz adı altında kompüter aksesuarlarının istehsalı və satışlarından imtina edib

    Elm & Texnologiya
    28.04.2023
    Farid Pardashunas
        Microsoft şirkəti öz adı altında kompüter aksesuarlarının satışa çıxarılmasından imtina etdiyini elan edib. Lakin bu o demək deyil ki, şirkət kompüter aksesuarlarının istehsalından tamamilə imtina edib. Şirkət sadəcə bu məsələdə Surface brendinə diqqət ayıracaq. Qeyd etmək lazımdır ki, Microsoft öz ilk mouse-nu 2 may 1983-cü ildə satışa çıxartmışdı.
        Mouse alıcılar arasında böyük məşhurluğa sahib olmasa da, o, Microsoft tərəfindən satışa çıxarılmış ilk kompüter aksesuarı olmuşdu. “Bundan sonra biz kompüterlər üçün aksesuarların istehsal edilib və satılması məsələsində Surface brendinə diqqət ayıracağıq. Biz, Surface brendi altında kompüterlər üçün mouse-lar, klaviaturalar və s. aksesuarları təklif etməkdə davam edəcəyik” - deyə Microsoft təmsilçisi qeyd edib. Microsoft brendi altında artıq satışa çıxarılmış aksesuarlara gəldikdə isə onlar satışda qalmağa davam edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər