Microsoft öz süni zəka çipini yaxın zamanda təqdim edə bilər
Elm & Texnologiya
10.10.2023
Emil Nəcəfov
Verilmiş yeni məlumata əsasən Microsoft şirkəti süni zəka tapşırıqları üçün nəzərdə tutulmuş Athena adlı fərdi süni zəka çipini hazırlayır. Məlumatda qeyd edilib ki, şirkət öz süni zəka çipini gələn ay baş tutacaq İgnite adlı konfransda anons edə bilər. Athena böyük dil modellərinin təlimatlandırılmaları və generativ süni zəkanın əsas tapşırıqlarından biri olan nəticələrin dəstəklənməsi üçün nəzərdə tutulub.
İnsayderlərin sözlərinə əsasən sözügedən süni zəka çipi artıq Microsoft və OpenAI daxilində testlərdən keçib. Gözləntilərə əsasən Athena hal hazırda süni zəka üçün nəzərdə tutulmuş digər prosessorlardan daha effektiv olacaq. Hazırlanan süni zəka çipi öz növbəsində süni zəka əsaslı tətbiqlərin hazırlanması çərçivəsində Microsoft-a zaman və vəsaitə qənaət imkanını verəcək. Məlumata əsasən süni zəka sahəsində NVIDIA ilə rəqabət aparmaq üçün Amazon və Google kimi nəhəng şirkətlər də özlərinin süni zəka çipləri üzərində çalışırlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib