
'Microsoft', rəsmi olaraq Windows Phone-na son qoydu
Elm & Texnologiya
09.10.2017
Emil
Windows Phone komandasının rəhbəri Jie Belfiore, bir neçə tweet-də bildirib ki, şirkət, Windows 10 Mobile üçün yeni funksiyaların və cihazların hazırlanmasını planlaşdırmır.
Beləliklə sözügedən sistem əməliyyatı,
“xidmət” rejiminə keçid edib. Bu vəziyyətdə şirkət, həmin sistem əməliyyatındakı
nasazlıqları düzəldəcək və hal hazırda onun əsasında çalışan cihazların təhlükəsizliyi
baxımından yenilənmələri təqdim edəcək.
“Təbii ki, biz bu platformanı dəstəkləməyə davam edəcəyik. Lakin nasazlıqların aradan qaldırılması və təhlükəsizlik üzrə yenilənmələrin təqdim olunması hesabına. Yeni funksiya və cihazların hazırlanmasını gözləmək lazım deyil” – deyə Belfiore bildirib.
Qeyd etmək
laızmdır ki, Windows 10 Mobile platforması, 1 ildir ki, ölmüş vəziyyətdədir.
Lakin şirkət bunu rəsmi olaraq indiynə kimi bildirməmişdi. Keçən il şirkət,
özünün mobil şöbəsini kiçiltməyə başladı və nəticədə bir çox insan öz iş yerindən
azad edildi. Bundan əlavə olaraq bir neçə müddət bundan öncə keçirilmiş
Microsoft Build and Inspire tədbirində, şirkətin CEO-su Satya Nadella
bildirmişdi ki, korporasiya öz diqqətini, intellektual bulud texnologiyalarının
inkişafına yönəldib.

Bununla yanaşı şirkətin, Windows Mobile-dan imtina etməsinin
əsas səbəblərindən biri də developerlərin, bu platformanı qəbul etməmələri
oldu.
“Biz, tətbiq tərtibatçılarını bu platformaya uyğun stimullaşdırmağa çox çalışdıq. Biz, pul ödəyirdik, onlar üçün tətbiqlər yazırdıq. Lakin bir çox şirkətlər üçün bu platforma üzrə istifadəçi bazası az oldu. Nəticədə isə sözügedən proqram təminatına investisiyaların ayrılması məsələsi ləğv olundu” – deyə Belfiore, digər tweet-də bildirib.
Görünür, “Microsoft” sonunda anladı ki, Windows Phone, heç kimə lazım deyil. Son bir neçə il ərzində
proqram təminatı developerləri əsasən öz diqqətlərini Android və iOS-ə yönəldiblər.
Maraqlısı ondadır ki, təqdim ediləcəyi halda Surface Phone, hansı əməliyyat
sistemi vasitəsilə çalışacaq?
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
