Microsoft şirkəti amerikalı hərbçilər üçün artırılmış reallıq cihazı istehsal edəcək

Microsoft şirkəti amerikalı hərbçilər üçün artırılmış reallıq cihazı istehsal edəcək

Texnologiya
01.04.2021 PAYLAŞIM

    Microsoft şirkəti ABŞ-ın hərbi qüvvələri üçün Hololens adlı artırılmış reallıq cihazı əsasında xüsusi cihaz istehsal edəcək. Məlumata əsasən ilkin mərhələdə şirkət amerikalı hərbçilər üçün 120.000 ədəd bu cür cihaz istehsal edəcək. Hər iki tərəf arasında bağlanmış müqavilə 10 illik müddət üçün nəzərdə tutulub. Bu barədə CNBC saytı xəbər verib. Məlumatda qeyd edilib ki, Microsoft tərəfindən hazırlanacaq cihazlar amerikalı hərbçilərə bir sistem daxilində məşq etmək və döyüş aparmaq imkanını verəcək. Hələ 2018-ci ildə Microsoft bu məsələdə 480 milyon dollarlıq müqaviləni udmuşdu.

    Həmin müqavilə çərçivəsində şirkət IVAS sistemli (inteqrasiya edilmiş vizual sistem) Hololens prototipini yaratmışdı. Yeni müqaviləyə əsasən isə şirkət cihazın seriya istehsalı ilə məşğul olacaq. Hololens əsasında hazırlanmış və Microsoft Azure bulud servisləri ilə inteqrasiya edilmiş IVAS cihazı əsgərləri daha effektiv edəcək platforma rolunda çıxış edir. Microsoft son 2 il ərzində ABŞ-ın hərbi qüvvələri ilə sıx əməkdaşlıq edib. Nəticədə hər iki tərəf əsgərlərin hərbi missiyaları effektiv yerinə yetirmələri üçün onlara lazımi imkanları təqdim edəcək ortaq layihə ərsəyə gəlib.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..


SpaceX-in Crew Dragon kosmik aparatı avtopilot sistemindən uğurla istifadə edib ..

NASA agentliyi SpaceX-in kosmik aparatının tam avtonom rejimdə BKS (Beynəlxalq Kosmik Stansiya) modu..


Starlink peyk internetinin sürəti 2 dəfə yüksəlib

SpaceX-in Starlink peyk internetinin istifadəçiləri məlumatların ötürülmə sürətinin artdığını bildir..

×