Microsoft şirkəti Android ilə çalışacaq smartfon hazırlayır

Microsoft şirkəti Android ilə çalışacaq smartfon hazırlayır

Texnologiya
17.07.2018 PAYLAŞIM

    Windows Phone dəstəyinin dayandırılmasından 1 il keçəndən sonra məlum oldu ki, Microsoft şirkəti özünün Android əməliyyat sistemli smartfonu üzərində çalışır. Daha öncədən şirkət Windows Phone-nun uğursuzluğunda Apple şirkətini və bəzi Android smartfon istehsalçılarını günahlandırırdı. Bu ilin əvvəlində məlum olmuşdu ki, Microsoft iki ekranlı Surface Phone üzərində çalışır. Layihənin adı isə Andromeda-dır. Çox güman ki, sözügedən cihazı gələn ilin əvvəlində təqdim edəcəklər.

    Lakin ola bilər ki, bu, Microsoft şirkətinin hazırladığı yeganə smartfon modeli deyil. Belə ki, bir neçə müddət bundan öncə internetə şirkət əməkdaşlarından birinin yazışmaları sızdırılmışdı. Həmin şəxs anonim qalmaq istəyib. Onun verdiyi məlumata əsasən hal hazırda Windows Phone komandası Android əməliyyat sistemi əsasında çalışacaq smartfonun hazırlanması ilə məşğuldur. Yeni smartfon seriyası Microsoft-un öz brendi altında satışa çıxarılacaq. Təəssüf ki, bu hal hazırda olan bütün məlumatlardır. Layihənin hansı mərhələdə olması, onun təqdimat tarixi və təqribi qiyməti barəsində hələki heç bir məlumat verilməyib.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik AirPods Pro 2-nin nə zaman satışa çıxacağını açıqlayıb..

Naqilsiz AirPods Pro qulaqlıqlarının birinci nəsli 2019-cu ilin oktyabr ayında satışa çıxmışdı...


Naqilsiz yeni Redmi Buds 4 və Buds 4 Pro qulaqlıqları təqdim edilib - QİYMƏTİ..

Redmi brendi 2 ədəd yeni naqilsiz qulaqlığı təqdim edib. Söhbət, Redmi Buds 4 və Buds 4 Pro qulaqlar..


Yeni Xiaomi Mi Band 7 smart qolbağı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonlarından əlavə olaraq çoxdan gözlənilən Mi ..


Apple öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır

Görünür, Apple şirkəti öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır. Şirkətin yeni ..


Snapdragon 8+ Gen 1 və flaqman özəlliklərə sahib Snapdragon 7 Gen 1 prosessorlar..

Qualcomm şirkəti keçirtmiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində yeni Snapdragon 8+ Gen 1 flaq..


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...

×