Microsoft şirkəti Cortana səsli köməkçisinin mobil cihazlardakı dəstəyini dayandırır

Microsoft şirkəti Cortana səsli köməkçisinin mobil cihazlardakı dəstəyini dayandırır

Texnologiya
24.12.2019 PAYLAŞIM

    Microsoft şirkəti özünün Cortana adlı səsli köməkçisini hələ 2014-cü ildə təqdim etmişdi. Lakin 5 ildən sonra şirkət bu səsli köməkçinin smartfonlarda dəstəyinin dayandırılması qərarını verib. Bu barədə Mspoweruser saytı xəbər verib. Şirkətin Cortana üzrə korporativ vitse-prezidenti olan Andrew Shuman-ın sözlərinə əsasən səsli köməkçinin iOS Android versiyaları Avstraliya, Kanada, Almaniya, Çin, Hindistan, Meksika, İspaniya və İngiltərə regionlarında dəstəyi dayandırılır. İstisna olaraq ABŞ bazarı çıxış edəcək.

    Belə ki, bu bazarda şirkətin Surface Headphone Harman Kardon Invoke kimi məhsulları Cortana-sız funksionallıqlarını itirəcəklər. Şirkətin gələcək planlarında isə Windows, iOS və Android üçün Surface Audio adlı alternativ tətbiqin istifadəyə verilməsi var. Bundan əlavə olaraq şirkətin top meneceri onu da qeyd edib ki, Microsoft hal hazırda mətnin səsli qeyd edilməsi texnologiyası və Cortana-nın bir çox Microsoft Office paketlərinə inteqrasiyası üzərində çalışır. Şirkət təmsilçisinin sözlərinə əsasən Cortana-nın mobil cihazlarda dəstəyinin dayandırılmasının əsas səbəbi isə bu səsli köməkçinin şirkət məhsullarına lazımi səviyyədə inteqrasiya olunmaması və onun məqsədəuyğun yerlərdə istifadənin qeyri mümkünsüzlüyüdür. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..

×