'Microsoft' şirkəti, görmə qüsurlu insanlara yardımçı olacaq xüsusi tətbiq yaratdı (VİDEO)

'Microsoft' şirkəti, görmə qüsurlu insanlara yardımçı olacaq xüsusi tətbiq yaratdı (VİDEO)

Texnologiya
13.07.2017 PAYLAŞIM

“Microsoft” şirkəti, zəif görmə problemli və ya görmə qüsurlu insanlara yardımçı olacaq Microsoft Seeing AI adlı tətbiq təqdim edib.

Sözügedən tətbiq, iOS platforması üçün təqdim olunub. Seeing AI-nin iş prinsipində mexaniki təlim alqoritmlərindən istifadə olunur. Məhz buna görə tətbiq, insanların simalarını və onların emosiyalarını identifikasiya edə, sənədləri və pul əskinaslarını müəyyən edə, mətnləri oxuya, ştrix kodlardan məlumatları əldə edə və hətta fotoları görə bilər. Görmə əngəlli hansısa istifadəçinin bu tətbiqi öz smartfonuna yükləyib, smartfonu əlində saxlamağı kifayətdir. Tətbiq ətraf mühit barəsində bütün məlumatları istifadəçiyə bildirəcək. Smartfonun kamerasını hansısa sənədə tərəf yaxınlaşdıranda, Seeing AI, sənədkədi mətnin tam şəkildə kameraya düşməsi üçün smartfonu necə düzgün tutmaq lazım olduğu barədə məsləhətlər verəcək. Bugündən etibarən Seeing AI tətbiqini App Store-dan pulsuz şəkildə yükləmək olar. Qeyd etmək lazımdır ki, tətbiqi hələki yalnız ABŞ, Kanada, Hindistan, Yeni Zelandiya və Sinqapur istifadəçiləri yükləyə bilər. Şirkətin verdiyi məlumata əsasən yaxın zamanda həmin tətbiq digər ölkə istifadəçiləri üçün də aktiv olacaq.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..

×