main-post-cover

    Microsoft şirkəti kodu avtomatik şəkildə tərtib edən süni zəka əsaslı platformasını təqdim edib

    Elm & Texnologiya
    26.05.2021
    Farid Pardashunas
        Microsoft şirkətinin tədqiqatçıları OpenAI təşkilatının GPT-3 adlı aləti əsasında yaradılmış yeni platformanı təqdim ediblər. Sözügedən platforma kodun istifadəsinə ehtiyac duymadan saytların, tətbiqlərin və alqoritmlərin yaradılması imkanını verir. Bunun üçün bütün sorğuları sadəcə olaraq təbii dildə qeyd etmək lazımdır. Keçən ilin sentyabr ayında Microsoft şirkəti OpenAI təşkilatı tərəfindən yaradılmış GPT-3-ün əsasında olan texnologiyanın lisenziyasını almışdı. Qeyd etmək lazımdır ki, GPT-3 süni zəka üçün nəzərdə tutulmuş dil alətidir. İndi isə Microsoft sözügedən texnologiyanın ilk kommersiya məqsədli istifadəsini mümkün edən platformanı anons edib.
        Belə ki, təqdim olunmuş PowerApps adlı platformanın köməkçi funksiyası təbii dili hazır koda çevirir. Bu funksiya əhatə dairəsi məsələsində məhdudlaşdırılıb və yalnız Microsoft Power Fx-də formulların yaradılması imkanını verir. Qeyd etmək lazımdır ki, Microsoft Power Fx Microsoft Excel formulları əsasında yaradılmış sadə proqramlaşdırma dilidir və əsasən məlumatlar bazası üçün sorğuların göndərilməsində istifadə olunur. Lakin o, kodun avtomatik olaraq tərtib edilməsi aləti kimi çıxış edərək yeni proqramçılar üçün machine learning-in bütün potensialını sərgiləyir.

    “Rəqəmsal həllər üçün böyük tələbat var. Lakin bu məsələdə tərtibatçıların çatışmazlığı müşahidə olunur. Təkcə ABŞ-da milyonlarla tərtibatçı çatışmır. Buna görə də bütün dünyaya kodlaşdırmağı öyrətmək əvəzinə adi insanların dillərindən anlayacaq tərtibatçılıq mühitini nəyə görə yaratmayaq?” - deyə məlumatda qeyd edilib.

        Microsoft artıq uzun illərdir ki, özünün Power Platform adlı platformasını yaratmaqla məşğuldur. Bu, korporativ müştərilər üçün nəzərdə tutulmuş və kodun istifadəsini məcbur etməyən proqram təminatlarından ibarət platformadır. Bu proqram təminatları veb tətbiqlər kimi çalışırlar və təcrübəli proqramçıları işə götürmək imkanına sahib olmayan şirkətlərə analitika, məlumatlarn vizualizasiyası və iş proseslərinin avtomatlaşdırılması kimi rəqəmsal tapşırıqları həll etməkdə yardımçı olurlar. Power Platform-da yaradılmış tətbiq elementlərinin (məsələn rəqəmsal düymə) tətbiq üzrə yerlərini dəyişmək mümkündür.    
        Bu proses PowerPoint-də çalışmağı xatırladır. Lakin istifadəçilər tərəfindən məlumatlar bazasına konkret sorğuların göndərilməsi kimi menyuların yaradılması üçün Microsoft Power Fx formulları şəklində təməl kodlaşdırma bacarıqları lazım olacaq. İstifadəçilərə Power Fx-dəki məlumatlar bazasına sorğu göndərməyi öyrətmək əvəzinə Microsoft şirkəti PowerApps-i yeniləyir. Yenilənmə sayəsində istifadəçilər öz sorğularını təbii dildə qeyd edə biləcəklər. GPT-3 texnologiyası isə həmin sorğuları hazır koda çevirəcək. Nəticədə istifadəçilərin üsusi bacarıqlara sahib olmalarına ehtiyac qalmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər