Microsoft şirkəti OpenAI təşkilatı üçün dünyanın 5 ən güclü superkompüterindən birini yaratdı
Elm & Texnologiya
19.05.2020
Farid Pardashunas
Microsoft şirkəti Microsoft Build 2020 online konfransı çərçivəsində dünyanın 5 ən güclü superkompüterindən birini təqdim edib. Sözügedən superkompüter Top 500 Supercomputers reytinqinin ilk beşliyinə daxildir. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim edilmiş superkompüter Microsoft şirkətinin Azure bulud platforması əsasında yaradılıb və daha geniş funksionallığa sahib olmaqla daha çox hesablayıcı resurs tələb edən növbəti nəsil böyük süni zəka modellərinin təlimləri üçün nəzərdə tutulub. Bu superkompüter OpenAI təşkilatı ilə əməkdaşlıq çərçivəsində yaradılıb.
Qeyd etmək lazımdır ki, OpenAI süni zəka sahəsində fəaliyyət göstərən qeyri kommersiya təşkilatıdır və o, Elon Musk ilə Sam Altman tərəfindən təsis edilib. Microsoft ilə OpenAI arasındakı əməkdaşlıq hələ keçən il başlamışdı. Microsoft tərəfindən OpenAI üçün yaradılmış superkompüter 285.000 prosessor nüvəsindən və 10.000 qrafik prosessordan ibarət vahid sistemdir. Bu sistemin şəbəkəyə qoşulma sürəti hər bir server üçün saniyədə 400 Gbit təşkil edir. Superkompüterin Azure bulud platforması əsasında hazırlanması sayəsində o, müasir bulud infrastrukturuna sahibdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)