
'Microsoft' şirkəti qatlana bilən elektron kitab üzərində çalışır (VİDEO)
Elm & Texnologiya
26.10.2017
Emil
“Microsoft” şirkəti gələn il elektron mürəkkəbə sahib və qatlana bilən iki ekranlı cihazı təqdim etməyi planlaşdırır.
2009-cu ildə Microsoft
Courier adlı cihazın ilk konsept görüntüləri təqdim olunmuşdu. Həmin cihazın təqdimatında
iki ekran, fayl və sənədlərlə işləməyə, qeydlərin aparılması, internetdə vaxt
keçirmək və s. işlər üçün nəzərdə tutulurdu. Faktiki olaraq bu, iki ekrana və stilusa sahib adi planşet idi. Həmin vaxtda sözügedən cihaz bir çoxlarının diqqətini
çəkmişdi. Gələn il şirkət buna bənzər cihazı təqdim etməyi planlaşdırır.
Lakin
bir fərq ondan ibarətdir ki, yeni cihaz e-ink adlı elektron mürəkkəbə sahib
olacaq. Bu bir növ elektron qeyd kitabçası olacaq. The Verge saytının xəbərinə əsasən
həmin cihazın adı Andromeda olacaq. Çox güman ki, cihaz ARM prosessor vasitəsilə
çalışacaq və Windows 10 əməliyyat sisteminə sahib olacaq. Məlumata əsasən adi
qeyd kitabçasında qeydlər necə aparılırsa, bu cihazda da stilus vasitəsilə belə asanlıqla qeydlər aparmaq olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
