main-post-cover

    Microsoft şirkəti və OpenAI təşkilatı süni zəka əsaslı GitHub Copilot platformasını təqdim ediblər

    Elm & Texnologiya
    30.06.2021
    Farid Pardashunas
        Microsoft şirkəti OpenAI təşkilatı ilə birlikdə GitHub Copilot adlı platformanı təqdim edib. Sözügedən platforma mövcud kodu nəzərdən keçirdir və onun tamamlanması üçün təkliflər təqdim edir. GitHub Copilot platforması GitHub-a yüklənmiş mənbə kodundan istifadə edir. Qeyd etmək lazımdır ki, Microsoft 2018-ci ildə GitHub-ı almışdı. Copilot proqramçının bir növ tərəfdaşı rolunda çıxış edir. O, kodu, koda olan rəyləri və mouse işarəsinin yerini analiz edərək kontekstdən asılı olaraq 1 və ya 2 sətr kodu əlavə etməyi təklif edir. Proqramçının təklifi qəbul və ya rədd etməsindən asılı olaraq platformanın modeli avtomatik təlimatlandırılır və daha qəliz hala çevrilir.
        Məlumata əsasən GitHub-ın çoxlu sayda istifadəçisi artıq bu platformanı qiymətləndirib və əksər proqramçı gün ərzində iş zamanı onu deaktiv etmir. GitHub Copilot demək olar bütün proqramlaşdırma dillərini dəstəkləyir. Lakin buna baxmayaraq o, JavaScript, Python TypeScript ilə daha yaxşı çalışa bilir. Şirkətin fikrincə sözügedən platforma proqramlaşdırma prosesini daha da sadələşdirə bilər. İlk öncə Copilot açıq mənbə koduna sahib pulsuz Microsoft Visual Studio Code məhsulunda istifadəyə veriləcək. Daha sonra isə şirkət onu Visual Studio-nun kommersiya versiyasına inteqrasiya edəcək. Lakin bunun nə zaman baş verəcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər