Logo
    main-post-cover

    Microsoft şirkəti Windows 10-un 32 bit-lik versiyalarının dəstəyini dayandıracağını elan etdi

    Elm & Texnologiya
    14.05.2020
    Emil
        Microsoft şirkəti Windows 10-nun 32 bit-lik versiyalarının dəstəyini dayandıracağını elan etdi. Şirkət bu ay 32 bit-lik sistemlər üçün Windows 10-nun 2004 nömrəli versiyasını təqdim edəndən sonra sözügedən sistemlər üçün əməliyyat sisteminin dəstəyini dayandıracaq. Bu isə o deməkdir ki, istifadəçilər 64 bit-lik sistemlər üçün nəzərdə tutulmuş Windows 10 əməliyyat sisteminə sahib yeni cihazları almalı olacaqlar. Bu barədə Mspoweruser saytı xəbər verib.
        Microsoft şirkətinin bu cür qərarının səbəbi ondadır ki, 32 bit-lik prosessorlara tələbat çox azdır. Buna baxmayaraq daha köhnə kompüter modellərini almış istifadəçilər üçün şirkət texniki dəstək xidmətini hələ də davam etdirəcək. Məhdudlaşdırıcı proses yalnız WIndows-un OEM kopyalarına sahib yeni cihazları əhatə edəcək. Bu ay üçün nəzərdə tutulmuş Windows 10 version 2004 yenilənməsi artıq OEM istehsalçıları və tərtibatçıları üçün aktivdir. Sözügedən yenilənmə 28 may tarixində hamı üçün təqdim ediləcək.
    Paylaş
    Bənzər xəbərlər