
Microsoft şirkəti Windows 10-un yeni interfeysini göstərdi (VİDEO)
Elm & Texnologiya
20.03.2020
Emil
Bu həftə Windows 10 əməliyyat sisteminin istifadəçi kütləsi milyardı keçdi. Bu cür naliyyətin əldə olunması səbəbilə Microsoft şirkəti xüsusi videonu təqdim edib. Həmin videoda Wndows 10-u yaxın zamanda hansı vizual dəyişikliklərin gözləyəcəyi əks olunub. Bu barədə The Verge saytı xəbər verib. Təqdim olunmuş video əməliyyat sisteminin “Start” düyməsinin tarixçəsindən başlayır və əməliyyat sisteminin interfeysinin redizaynını sərgiləyir.
Videodan da görmək olar ki, şirkət Windows 8-dən bəri dəyişilməyən dizayndan imtina edərək interfeysin Fluent Design tərzində hazırlanmasını reallaşdıracaq. Bundan əlavə olaraq əməliyyat sisteminin tətbiqlərinin ikonları bir qədər böyük və parlaq olacaqlar. Əməliyyat sisteminin bəzi elemenetləri həmçinin bir neçə müddət bundan öncə anons olunmuş Windows 10X-in (iki ekranlı cihazlar üçün əməliyyat sistemi) tərzində hazırlanacaq. Windows 10-nun yenilənmiş interfeysinin nə zaman istifadəyə veriləcəyi barəsində məlumat verilməyib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
