
Microsoft şirkəti Windows-u bir neçə versiyaya ayıra bilər
Elm & Texnologiya
24.12.2019
Emil
WalkingCat ləqəbi ilə tanınan nüfuzlu isnayderin məlumatına əsasən Windows üçün yenilənmələrin sürətli şəkildə təqdim olunması yolunda Microsoft şirkəti bu əməliyyat sistemini bir neçə versiyalara ayıra bilər. Bu üsul ilə istifadəçilər şirkətin online mağazasında aktual yenilənmələri tez bir zamanda yükləyə bilərlər. Bu barədə Techradar saytı xəbər verib.
İnsayderin verdiyi məlumata əsasən Microsoft Store online mağazasında olan Windows Feature Experience Pack tətbiqini Windows əməliyyat sistemli ayrı-ayrı kompüter və noutbuklara yükləmək olar. Məlumatda qeyd edilib ki, bu üsul ilə şirkət müxtəlif sistem özəlliklərinə sahib istifadəçilər üçün yenilənmələri ayırmaq istəyir. Nəticədə şirkət aktual olan yenilənmələrin tez bir zamanda yayılmasını reallaşdıra biləcək.
Başqa sözlə desək, təhlükəsizliyi və sistem funksionallığını əhatə edən yenilənmələr bir qlobal yenilənmə şəklində yox individual şəkildə təqdim olunacaq. Bu cür strategiya bir sıra üstünlüklərə sahibdir. Belə ki, Microsoft şirkəti Windows üçün olan yeni funksiyaları böyük qlobal yenilənmə çərçivəsində təqdim etməməklə yanaşı həmçinin həmin funksiyaları daha dəqiq şəkildə test etmək imkanına sahib olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
