Microsoft şirkəti yeni Edge brauzerində edilən optimizasiyalar haqqında məlumat verdi

Microsoft şirkəti yeni Edge brauzerində edilən optimizasiyalar haqqında məlumat verdi

Texnologiya
26.09.2020 PAYLAŞIM

        Microsoft şirkəti Internet Explorer brauzerinə olan dəstəyi sonlandıraraq Chromium bazasında 0-dan hazırlanmış (Opera, Chrome kimi) Edge brauzerini təqdim etmişdi. Şirkət tərəfindən daimi olaraq optimizasiya edilən Edge brauzeri istifadəçilər tərəfindən olduqca bəyənildi və Chrome-un yeni rəqibi olaraq görülməyə başlandı. İndi isə Microsoft-un son vaxtlarda Edge brauzerinde etdiyi optimizasiyalar ilə bağlı məqalə yayımlandı. Baxaq görək Microsoft nə kimi optimizasiyalar edib?

Edge brauzeri keçdiyimiz mart ayında 81-ci versiyası ilə Profile-Guided Optimizations ilə yenilənmişdi.

        Bundan başqa Edge 83 ilə birliktə Link-Time Optimizations əlavə edilmişdi. Bu 2 optimizasiya hesabına Speedometer 2.0 performans testlərində Edge brauzeri əvvəlki versiyalardan 13% daha yaxşı performans göstərə bilib. Bu da qısa zaman ərzində ciddi performans artışı deməkdir. Bundan başqa Windows 10-un May ayında yayımlanan 2004 versiyası ilə birliktə Edge brauzeri Win32 tətbiqlərində istifadə edilən resurs istifadəsini azaldan bir optimizasiya daha əldə etmişdi. Beləliklə Edge brauzeri performans itirmədən 27% daha az ram istifadə etməyə başladı. Lakin bununla bitmir. NetMarketShare tərəfindən paylaşılan statistikaya əsasən Edge brauzeri son aylarda ciddi dərəcədə istifadəçilər arasında populyarlıq qazanmağa başlayıb. Beləki istifadə edən istifadəçi sayı elə artıb ki, Mozilla Firefox brauzerini keçərək ən çox istifadə olunan 2-ci brauzer olub. İlk sırada isə həmişəki kimi Google Chrome brauzeri dayanır. Növbəti illərdə Edge brauzerinin bazar payının daha da artması gözlənilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×