Microsoft, Span şirkətinə Azərbaycan üçün Lisenziyalı Həll Təminatçısı statusunu (LHT) verib

Microsoft, Span şirkətinə Azərbaycan üçün Lisenziyalı Həll Təminatçısı statusunu (LHT) verib

Texnologiya
29.03.2020 PAYLAŞIM

    Microsoft, Span şirkətinin davamlı beynəlxalq genişlənməsini, dəyərli bulud xidmətləri təminatçısı, bundan başqa Microsoft şirkətinin ölkəmizdə olan yalnız üç tərəfdaşlarından biri kimi tanınmasını nəzərə alaraq, Span-a Azərbaycan üçün Lisenziyalı Həll Təminatçısı statusunu (LHT) verib. Span, bütün qitələrdə yüksək keyfiyyətli layihələr təqdim edən, 100-dən artıq beynəlxalq bazarda 27 ildən çox təcrübəyə malik, geniş tanınmış nüfuzlu beynəlxalq şirkətdir.

Span haqda bir neçə söz:

    Baş ofisi Xorvatiyada yerləşən Span beynəlxalq İT şirkətidir. Şirkətin Böyük Britaniya, ABŞ, Sloveniya, Çexiya, Almaniya, Azərbaycan və Ukraynada ofisləri mövcuddur. Span-ın biznes səfəri 1993-cü ildə Zaqrebdə yerləşən kiçik bir mağazada başlayıb. Şirkət tez bir zamanda hazırda bildiyimiz, Xorvatiyanın Microsoft Qızıl Sertifikatlaşdırılmış Həllər Təminatçısı və beynəlxalq İT şirkətinə çevrilmişdir. Span dünyanın 6 qitəsində 1500-dən çox müştəridən ibarət bazaya malikdir. Onlar, Microsoft Dynamics enterprise məhsullarını tətbiq etməklə iri telekommunikasiya şirkətlərinə məsləhət xidmətləri göstərərək Azərbaycan bazarında artıq 3 ildir ki, fəaliyyət göstərirlər. Şirkət, yüksək keyfiyyətli peşəkar xidmətlər toplusu, informasiya sistemlərinin layihələşdirilməsi və işlənib hazırlanması, həmçinin Azərbaycanda müştərilərinə operativ dəstəyin göstərilməsini vəd edir. 

Bənzər xəbər


Span-ın Azərbaycan müştəriləri üçün unikal dəyəri:

    Span komandaları artıq bir çox dünya şöhrətli şirkətlərin (McDonald's Corporation, Rolls Royce Marine Group, Reyes, OSI, Tate & Lyle PLC, Adris Group və digərləri) etibarlı məsləhətçiləri kimi, onların rəqəmsal transformasiyası proseslərində iştirak etmiş və hal-hazırda yerli müəssisələrin rəqəmsal səyahətlərində kömək etməyə hazırdırlar. Span əmindir ki, Azərbaycanda olan şirkətlər bizneslərinin daha gəlirli olmasına və ən tələbkar müştərilərin belə tələbatını ödəməyə kömək etmək üçün innovativ həllər tətbiq etməyə hazırdırlar. Span inanır ki, rəqəmsal biznesin transformasiyası sahəsində beynəlxalq təcrübəyə malik etibarlı İT tərəfdaşın, yerli biznesin ənənəvi formadan müasir avtomatlaşdırılmış həllər toplusuna effektiv çevrilməsində böyük töhfəsi olacaq.

Əsas istiqamətlər:

    Spanın biznes əməliyyatları dörd əsas sütun üzərində qurulub: həllər üzrə məsləhət xidmətləri (infrastruktur / bulud-multibulud), həllərin və xidmətlərin idarə edilməsi (dəstək), xüsusiyyətli rəqəmsal məhsullar (proqram təminatı) və lisenziyalı məhsullar. Müxtəlif beynəlxalq şirkətlərlə əməkdaşlıq sahəsində çoxillik təcrübəyə və əhəmiyyətli biliyə malik olan şirkət bu komponentləri biznesin yeni çağına səmərəli keçidin əsas amilləri hesab edir. Şirkət, məlumatların qorunması və kibertəhlükəsizliyə ciddi diqqət yetirir. Span şirkətinin əsas səlahiyyətləri, məhsulları və xidmətləri bunlardır: Bulud Köçürmələri - geniş miqyaslı (10000+Obyekt) və beynəlxalq müştərilərə yönəlmişdir; IT infrastrukturun konsolidasiyası və inteqrasiyası; CRM-həllər; yüksək səviyyəli korporativ həllərin hazırlanması; koqnitiv Xidmətlər, Maşın təlimi, robotlaşdırma-süni intellektə əsaslanan müxtəlif sistemlərin yaradılması və yerləşdirilməsi; Əməliyyat dəstək xidmətləri (monitorinq və İdarəetmə); təhlükəsizliyin idarə edilməsi mərkəzi (SOC); ofisdaxili proqnozlaşdırılmış analitik və quraşdırılmış süni intellekt komponentlərindən istifadə edilən müştəri xidmətləri həlli. Müştəri xidmətləri həllinin köməyi ilə müştərilərinə bir tətbiq vasitəsilə 25 illik İTSM təcrübəsi təqdim edilir.

Azərbaycan bazarı üçün qısamüddətli planlar

    Span mütəxəssislərinin mövzu ilə bağlı söylədikləri bunlardır: "Birinci məqsədimiz, Span'ın təhlükəsiz qabaqcıl bulud texnologiyalarının yerləşdirilməsi və tətbiqi sahəsindəki geniş beynəlxalq təcrübəsini ötürmək və xüsusi müəssisə həllərimizi müştərilərimizə təqdim etməkdir. Biz daim müştərilərimizə əqli mülkiyyətə yatırdıqları sərmayelərdən maksimal dəyər əldə etməyə, onların proqram təminatlarının məhsuldarlığını artırmaqla, gündəlik əməliyyatları optimallaşdırmaqla və öz datalarına dair məlumatlar əldə etməklə işləmələrinə yardım etməyə hazırıq. Hər bir halda düzgünlük və təhlükəsizliyi qorumaq bizim üçün çox vacibdir."

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×