main-post-cover

    Microsoft süni zəka əsaslı texnologiyalar üçün fərdi prosessorunu hazırlayır

    Elm & Texnologiya
    19.04.2023
    Farid Pardashunas
        Microsoft şirkəti süni zəka tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş Athena kod adlı fərdi prosessorunu hazırlayır. Sözügedən prosessor ChatGPT kimi süni zəka əsaslı çat-botların təməllərində yerləşən texnologiya ilə çalışmaq üçün adaptasiya olunacaq. Verilmiş məlumata əsasən Microsoft süni zəka sahəsi üçün olan fərdi prosessorunu 2019-cu ildən gizli şəkildə hazırlayır. OpenAI və Microsoft-un bəzi əməkdaşları prosessoru artıq əldə ediblər və onlar onu test edirlər. Aparılan testlər çərçivəsində prosessorun GPT-4 kimi yeni süni zəka əsaslı böyük dil modellərinin öhdəsindən necə gəldiyi yoxlanılır.
        Məlumatda qeyd edilib ki, Microsoft tərəfindən hazırlanan prosessor böyük dil modellərinin təlimatlandırılmasında və neyron şəbəkələrinin çalışmalarında istifadə ediləcək. Hal hazırda süni zəka sistemlərinin hesablama sürətləndiricilərinin istehsalı ilə məşğul olan əsas şirkət NVIDIA-dır. OpenAI şirkətinin hesablamalarına əsasən ChatGPT çat-botunun kommersiya məqsədli platformaya çevrilməsi üçün 30 000 ədəd NVIDIA A100 qrafik prosessoru lazım olub. NVIDIA-nın H100 adlı tamamilə yeni qrafik prosessorları eBay-da 40 000$-a satılır. Bu isə şirkətin performanslı qrafik prosessorlarına tələbatın yüksək olmasından xəbər verir. Microsoft ümid edir ki, onun hazırladığı prosessor digər istehsalçıların prosessorlarından daha yaxşı çalışacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər