Microsoft  tarixində ən böyük məlumat sızıntısı baş verdi

Microsoft tarixində ən böyük məlumat sızıntısı baş verdi

Texnologiya
25.06.2017 PAYLAŞIM

Məlum olub ki, “Microsoft” şirkəti öz tarixi boyunca ən böyük məlumat sızıntısına yol verib.

Belə ki, BetaArchive mənbəsində developerlərin istifadəsi üçün nəzərdə tutulmuş 32 TB həcmli Windows 10-nun mənbə kodları aşkar edilib. Həmin arxivdə 8 TB həcmli Windows 10 və Windows Server 2016-nın qısa faylları var. Arxivdə həmçinin proqram təminatının çertyojları da var. Bundan əlavə olaraq internetdə Windows 10 drayverlərinin mənbə kodları olan Shared Source Kit, PnP kodlar və ARM OneCore nüvəsinin kodu da yayılıb. Bütün bu məlumatlar “Microsoft” şirkəti üçün kritik önəm daşıyır və onlar hackerlər tərəfindən istifadə oluna bilərlər. Şirkət isə öz növbəsində bu sızıntının baş verməsini təsdiqləyib. “Bizim istintaqımız təsdiq edib ki, bu fayllar əslində Shared Source Initiative-dən olan mənbə kodlarının bir hissəsidir və onlar OEM istehsalçılar ilə tərəfdaşlar üçün nəzərdə tutulub” – deyə şirkət rəsmisi qeyd edib. İnternetə sızdırılmış məlumatlar özündə Windows 10 və Windows Server 2016-nın yeni versiyalarını, hələ işıq üzü görməmiş 64-bitlik ARM versiyalı Windows-ları və Windows 10 Mobile Adaptation Kit-in bir neçə versiyasını birləşdirir. BetaArchive saytının sahibi bildirib ki, mənbə kodu yalnız hərəsi 100 MB olan 12, Windows versiyasına sahib olub. Bununla yanaşı həmin məlumatların silinməsi üçün şirkət, saytın sahibi ilə əlaqə yaratmayıb. Təbii ki, bu müddət ərzində istənilən şəxs həmin məlumatları yükləyib. Çox güman ki, biz yaxın zamanda həmin məlumatların köməyi ilə həyata keçirilmiş yeni kiberhücum hadisələrinin şahidi olacağıq.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazon özünün qlobal internet layihəsinin peyklərini Yer kürəsinin orbitinə yerl..

Amazon şirkətinin peyklərinin Yer kürəsinin orbitinə çatdırılması üçün United Launch Alliance şirkət..


Apple iPad Pro 2021, iMac 2021 və AirTag trekeri təqdim olunub - QİYMƏTİ

Apple şirkəti dünən yeni məhsullarının təqdimatını keçirtdi. Təqdimat çərçivəsində ən nəzərə çarpan ..


MediaTek dünyanın ilk 4 nanometrlik mobil prosessorunu hamıdan əvvəl təqdim edə ..

Tayvanın MediaTek şirkəti keçən il nəzərə çarpacaq nəticələr əldə etmişdi və hətta istehsal olunmuş ..


2030-cu ildən Vaşinqton ştatında benzinlə çalışan minik avtomobilləri qadağan ed..

Vaşinqtonun qanunverici orqanı yeni “Clean Cars 2030” adlı qanunu qəbul edib.


NASA Mars səthində olan Ingenuity dron aparatının ilk uçuşunu uğurla reallaşdırd..

NASA agentliyi Ingenuity dronunun Mars atmosferində ilk uçuşunu uğurla reallaşdırdığını elan edib. ..


NASA astronavtlarının Aya göndərilməsi ilə SpaceX məşğul olacaq

NASA agentliyi SpaceX şirkəti ilə vacib müqavilə bağlayıb.

×