main-post-cover

    'Microsoft'un əyilə bilən iki ekranlı gizli cihazının fotoları sızdırıldı

    Elm & Texnologiya
    19.12.2017
    Emil Nəcəfov
    15 Dekabr tarixində “Microsoft” şirkəti özünün iki ekrana sahib gizli cihazının patentini əldə etmişdi.

    Çox güman ki, bu çoxdan gözlənilən Surface Phone və ya Andromeda kod adına sahib gizli planşetdir. Avstriyalı dizayner isə patent vasitəsilə sızdırılmış fotolar sayəsində cihazın konseptini hazırlayıb. Şirkətin yeni cihazı müasir noutbook prinsipi üzrə çalışacaq. Lakin ənənəvi klaviatura əvəzinə cihazın aşağı hissəsində daha bir ekran olacaq.

    Açıq vəziyyətdə ekranlardan biri digəri ilə hamar şəkildə birləşəcək. Bu isə öz növbəsində bir böyük ekranda çalışmaq effektini yaradacaq. Həmçinin cihazın ekranlarını əks istiqamətə də çevirmək olacaq. Belə halda onu stolun üzərinə dayaq kimi qoymaq olar. Bu yeni cihazın nə zaman təqdim olunacağı barəsində isə hələki heç bir məlumat yoxdur.

    Linki kopyala