
'Microsoft'un əyilə bilən iki ekranlı gizli cihazının fotoları sızdırıldı
Elm & Texnologiya
19.12.2017
Emil
15 Dekabr tarixində “Microsoft” şirkəti özünün iki ekrana sahib gizli cihazının patentini əldə etmişdi.

Çox güman ki, bu çoxdan gözlənilən
Surface Phone və ya Andromeda kod adına sahib gizli planşetdir. Avstriyalı
dizayner isə patent vasitəsilə sızdırılmış fotolar sayəsində cihazın konseptini
hazırlayıb. Şirkətin yeni cihazı müasir noutbook prinsipi üzrə çalışacaq. Lakin
ənənəvi klaviatura əvəzinə cihazın aşağı hissəsində daha bir ekran olacaq.

Açıq
vəziyyətdə ekranlardan biri digəri ilə hamar şəkildə birləşəcək. Bu isə öz növbəsində
bir böyük ekranda çalışmaq effektini yaradacaq. Həmçinin cihazın ekranlarını əks
istiqamətə də çevirmək olacaq. Belə halda onu stolun üzərinə dayaq kimi qoymaq
olar. Bu yeni cihazın nə zaman təqdim olunacağı barəsində isə hələki heç bir məlumat
yoxdur.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
