Microsoft-un yeni əməliyyat sistemi barəsində məlumatlar ortaya çıxıb

Microsoft-un yeni əməliyyat sistemi barəsində məlumatlar ortaya çıxıb

Texnologiya
01.02.2020 PAYLAŞIM

    Hələ 2017-ci ildə məlum olmuşdu ki, Microsoft şirkəti Windows Core OS adlı yeni əməliyyat sistemi üzərində çalışır. Həmin əməliyyat sistemi barəsində məlumatlar insayderlər tərəfindən verilir və şirkət əməkdaşları tərəfindən ortaya çıxır. Beləliklə Microsoft tərtibatçlarının müxtəlif platformalardakı hesablarını incələyərək jurnalistlər bu əməliyyat sistemi barəsində yeni məlumatlar aşkar ediblər. Bu barədə Gizchina saytı xəbər verib.


    Microsoft şirkətinin məhsullar üzrə meneceri olan Naim Ayat adlı şəxsin LinkedIn hesabında gələcək Windows 10 versiyalarının, Windows Mixed Reality (HoloLens) adlı qarışıq reallıq platformasının və Xbox konsolunun proqram təminatının əsasını təşkil edəcək Windows Core OS adlı əməliyyat sisteminin hazırlanmasından bəhs edilir.

    Bu isə bir daha onu təsdiqləyir ki, sözügedən əməliyyat sistemi kompüterlər, artırılmış və qarışıq reallıq cihazları və o cümlədən oyun konsolları da daxil olmaqla müxtəlif cihazların dəstəyinin əldə edilməsi üzrə hazırlanır. Məlumata əsasən Windows Core OS, interaktiv Composable Shell örtüyünə sahib modul əməliyyat sistemi olacaq.

    Composable Shell isə öz universallığı sayəsində istənilən cihaza adaptasiya ola bilir. Bundan əlavə olaraq Microsoft menecerinin LinkedIn hesabından məlum olub ki, o hal hazırda həmçinin iki ekranlı cihazlar üçün nəzərdə tutulmuş Windows 10X adlı əməliyyat sistemi üzərində çalışır və onun bu ilin sonunda işıq üzü görəcəyi planlaşdırılır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×