
Microsoft yeni və xüsusən təhlükəsizliyə fokuslanan ƏS üzərində işləyir: Polaris
Elm & Texnologiya
15.07.2018
Nijat
Microsoft öz əməliyyat sistemləri ilə bu bazarın lideri olduğu bilirik. Microsoft rəsmilərinin apardığı bazar araşdırmalarına görə yeni və xüsusilə təhlükəsizliyə fokuslanan bir əməliyyat sisteminə ehtiyac var. Hal-hazırda yalnız adı sızdırılan Microsoft Polaris əməliyyat sistemi üzərində ilkin hazırlıqlar başlayıb.
Microsoft Polaris sisteminə biometrik təhlükəsizlik funksiyaları inteqrasiya edilmiş halda satışa çıxacaq və təhlükəsizlik üçün xüsusi əməliyyat sistemi olacaq.
Bu sistemin ən əsas fərqi isə İoT dəstəkli olması olacaq. İoT açılısı "İnternet of Things" və tərcüməsi "Əşyaların İnterneti"-i deməkdir. Yəni izah edəsi olsaq, əşyaların internetə və həmçinin internet vasitəsilə bir-birinə bağlanmasıdır. Digər sızdırılan məlumat isə Polaris sisteminin mobil cihazlar üçün də hazırlanma ehtimalının olmasıdır. Məlumatı sızdıran mənbələrin dediklərinə görə Polaris sistemi yaxın illərdə təqdim ediləcək.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
