main-post-cover

    Milyonlarla router təhlükədədir- Xəbərdarlıq

    14.08.2018
    Bot Lala
    Trustwave şirkətinin informasiya təhlükəsizliyi üzrə mütəxəssisləri MikroTik şirkətinin marşrutlayıcılarına qarşı həyata keçirilmiş genişmiqyaslı haker hücumunu aşkar ediblər.
    Technote.az bildirir ki, onlar tədqiqatın nəticələrini öz saytlarında da dərc ediblər. Hakerlər routerləri brauzerdə kompüter sahibindən gizlin kriptovalyuta əldə etməyə imkan verən Coinhive skriptinin nüsxəsi ilə yoluxdurublar.
    Belə ki, ilk öncə haker hücumunun hədəfi Braziliya sakinləri olub: xakerlər ilk mərhələdə ölkədəki təxminən 7200 MikroTik marşrutlayıcısına müdaxilə ediblər. Hazırda isə 200 mindən çox qurğu haker hücumuna məruz qalıb.
    Mütəxəssislər hesab edirlər ki, hakerlər Winbox komponentindəki "zeroday" boşluğundan istifadə ediblər. MikroTik şirkəti artıq növbəti gün bu problemi aradan qaldırıb, ancaq bir çox istifadəçilər indiyədək lazımi təhlükəsizlik paketini quraşdırmayıblar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər