main-post-cover

    Mind Gamer olmağın sirləri

    06.11.2018
    Farid Pardashunas
    Red Bull Mind Gamers özündə qaçış otaqları ilə puzzle-ları birləşdirir. Bəs sən bu kəşməkeşli oyunda necə yaxşıların ən yaxşısı ola bilərsən?
    Əgər beyninin gücünü sınaqdan keçirmək istəyirsənsə, onda Red Bull Mind Gamers tamamilə sənin üçün olan bir şeydir. Hər kəs bu onlayn puzzle-ı oynaya və dünyanın 20-dən artıq ölkəsində baş tutan təsnifat mərhələlərindən seçilmiş 75 təsnifatçıdan biri olma imkanını əldə edə bilər. Üstəlik burada oyunçular üçün Mission: Unlock Enoch in Budapest-də yer tutmaq şansı var. Bu turnir qaçış otağı yarışı üçün ilk qlobal tədbir hesab olunur.
    Red Bull Mind Gamers platformasında olan hər oyun düşüncə oyunçusunu təyin edən 4 sadə bacarıqlarla əlaqəlidir: məntiq, yaradıcılıq, vizual düşünmə və strategiya. Bu bacarıqların hamısı burada olan oyunlarla əlaqəlidir. Belə olan halda da onların necə işə yaradığını bilmək həm oyunun dizaynerlərinə nə cür daha yaxşı oyunlar hazırlaya biləcəklərini, həm də oyunçulara bu oyunlardan necə baş çıxara biləcəyini öyrənməkdə kömək edəcək. Gəlin, bu bacarıqların necə işə yaradığına baxaq. Uyğun oyun tərzi ilə sən bunu hər bir oyunda sınaya bilərsən.
    Məntiq:
    Məntiq Mind Gamer bacarıqlarının tanrısı hesab olunur. Bu, bütün digər bacarıqlar üçün baza təşkil edir. Məntiqi düşünmə, əlaqəli olan bir şeydən başqa şeyə doğru hərəkət etməyi əhatə edən proses olmaqla tez-tez insanlar tərəfindən elmi və riyazi düşünmə ilə də əlaqələndirilir.
    “Bizim beyinlərimiz modelləri tanımaq üçün rabitə qurur. Bir-bir modeli tanıdıqda, uzaqgörənlik əldə etmiş oluruq ki, bu da puzzle-ları daha da əyləncəli edən şey hesab olunur.”
    Bu, oyunçulara düşünmə imkanı yaradır, ideyalar verir və onlara problemləri həll etməkdə yardımçı olur. Bu sahədə məntiq, abstraksiya, düşüncə, rəqəmlər və kritik düşünmə üzərində işləməlisən.
    Məntiq üzərində qurulmuş oyunlar modellərin yaradılması ilə layihələndirilmişdir. Məhz bu səbəbdən, bu oyunların öhdəsindən gəlmək üçün ilk öncə bu modelləri tanımaq lazımdır. Əgər modellər çox aydın, rahat olarsa, onda bu oyunların heç bir əyləncəli tərəfi qalmaz. Belə oyunlar, üzərində daha çox düşünməyi, daha çox əmək sərf etməyi, oyunçulardan bütün güclərini ortaya qoymağı tələb edir.
    Clara Fernandez-Vara nağıl dizayn şirkəti Fiction Control-un yaradıcısı və NYU Game Center-də Associate Arts Professor olaraq çalışır. O, akademik, yazıçı və oyun dizayneridir. Clara fikrini belə əsaslandırır: Düşüncə tələb edən oyunu oynamaq üçün məntiqimizi necə istifadə edirik? İlk öncə biz bütün uyğun məlumatları götür-qoy edir, bəzi şeyləri sınaqdan keçirir və oyunun necə işlədiyini anlamaq üçün nəyin baş verdiyini izləyirik.
    “Buna görə də məntiq üzərində qurulmuş oyunu oynamağın mənası ilk öncə dizaynerin oyunun içində bizdən gizlətdiyi o modelləri müəyyənləşdirmək, beləliklə tərs mühəndislik həyata keçirməkdir. Bu, dizaynerlə oyunçu arasında gecikdirilmiş fikir savaşıdır.”
        Yaradıcılıq:
    Puzzle-larda problemi yaradıcı şəkildə həll etmək problemə yeni və kreativ həll yollarını axtarmağın mental prosesi hesab olunur. Bu, problemi yenidən çərçivəyə salmaq, yeni ideaların miqdarını artırmaq və ya yeni, asılı ölçüləri müəyyən etmək üçün perspektivin dəyişdirilməsi kimi texnikaları nəzərində tuta bilər.
    Fernandez-Vara sözünə davam edir: “Yaradıcı şəkildə problemi həll etmək, yaradıcılığı təşviq etmək üçün bir yol ola bilər. Biz yalnız beyinlərimizi istifadə edərək əngəllərin öhdəsindən gələ bilmək üçün yeni biliklər formalaşdırmalıyıq. Fərq etməz, bu bilik sadəcə bizim üçün yenidir, ya yox“.
    “Yaradıcılıq ilə hərəkətə gələn oyunların məhdudiyyətlərin xüsusi formalarını özündə ehtiva etməsi çox vacibdir. Open Canvas hər zaman yaradıcılıq üçün əlverişli hesab olunmur. Hekayəçilər yazıçının bloku ilə təsdiq edə bildiyinə görə boş yerə hədə-qorxu yarada bilər. Məhz buna görə dizayner mütləq şəkildə məqsədlərini aydın şəkildə qurmalı və oyunçu üçün məhdudiyyətləri aydın şəkildə müəyyənləşdirməlidir.“
    “Bəzən oyunçunun yalnız 1 həll tapmağa ehtiyacı olsa da, həll tapmaq üçün istifadə edə biləcəyi yollar çoxlu sayda ola bilər. Bu yolların bəziləri aydın şəkildə olsa da, bəziləri oyunçular bir yana, oyunun dizaynerlərini özləri tərəfindən belə müəyyənləşdirilə bilinməyəcək dərəcədə çətin ola bilər.“
    “Bu cür oyunlar bizi oyunun arxasında duran bacarıqlar üçün hazırlaya bilər. Riyaziyyat sahəsində olan dahilər ən çətin problemləri belə həll edirlər. Çünki onlar problemin həll yoluna gedən ən orijinal yollarla düşünə bilmə qabiliyyətinə malik olurlar. Lakin artistlər dünyanı bizə göstərmək üçün yeni baxış bucaqları tapır və povest çərçivəsində bunu bizə başa salmağa çalışırlar. Buna görə də insanda kreativliyi inkişaf etdirən oyunları yaratmaq üçün əsas faktor hər zaman qurulmuş məhdudiyyətlər çərçivəsində müxtəlif həlləri tapmağa çalışmaq üçün oyunçulara bir otaq verməkdir.”
        Vizual düşünmə:
    Vizual puzzle-ları həll etməklə oyunçular vizual görüntülər üzərində düşünmək üçün mübarizə aparır, məkan mühakiməsini və düşüncəni gözü ilə müşahidə etmək bacarığından istifadə edir. Bunun üçün lazım olan bacarıqlar müşahidə, rənglərin və formaların müəyyənləşdirilməsi və ya incəsənət vasitəsilə reproduksiya hesab olunur. Həmçinin üç ölçülü məkanın qəbulu və məlumatların qrafik, şaquli və diaqramlarda şifrələməsi bu puzzle-ların bir hissəsi ola bilər.
    Fernandez-Vara fikrini belə ifadə edir: “Vizual bacarıqlar bizə dünyaya fərqli yollardan baxma imkanını tanıyır. Optik illuziya beynimizin mümkün olmayan şeyləri görmə məsələsində aldadıcı fərziyyənin olduğu oynaq cismlərin bir tipi hesab olunur.“
    “İti görən gözlər və çox çevik ağıl düşüncə oyunlarında olan vizual oyunların hamısında uğurlu olmaq üçün sizə həyat, su kimi vacib olan bacarıqları təmin edəcək.”
    Strategiya:
    Strateji düşünmə oyunda uğur əldə etmək üçün strateji fəaliyyətlərin nəticələrini anlamaq nöqteyi-nəzərindən oyunçular tərəfindən tətbiq olunan mental proses hesab olunur. Bəzi hallarda oyunçular sonason sisteminin mental modelini və ya bu model çərçivəsində öz rolunu yaradır. Burada oyunçular eyni zamanda vaxtında düşünməyi də bacarmalıdırlar. Bu o anlama gəlir ki, oyunçular eyni zamanda fikirlərində keçmişi, indiki halı və gələcəyi tuta bilməyi bacarmalıdırlar.
    Clara Fernandez-Vara deyir: “Strategiya üzərində qurulmuş oyunlar çox mürəkkəb ola bilər. Çünki bu, oyunçulardan spesifik məqsədlərə çatmaq üçün uzunmüddəti yolu müəyyənləşdirməyi tələb edir. Oyunçular birinin digəri üzərində təsirinin olduğu fəaliyyətlərin hesablanmış seriyasının bir hissəsi kimi hər hərəkət haqqında düşünməlidirlər.“
    “Burada əsas açar məsələ oyunun necə işlədiyini başa düşməkdir. Daha sadə şəkildə desək, oyunun məntiqini tutmaqdır. Burada eyni zamanda oyunun sisteminin necə olduğunu və müəyyən zaman keçdikdən sonra necə davrandığını anlamaq da lazımdır. Strategiyanın işlənib hazırlanması oyun dizaynerlərinin oyunun dinamikasını nə cür adlandırdığını anlamaq mənasına gəlir. Şahmat kimi oyunlar strategiya oyunları barəsində çəkilən misallar arasında ən mükəmməli hesab oluna bilər.“
    “Strategiya oyunçuların qərar vermə bacarıqlarının üzərinə fokuslanır.”
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər