Minlərlə il işləyə bilən dünyanın ilk karbon-14 almaz batareyası hazırlanıb!
Elm & Texnologiya
06.12.2024
Farid Pardashunas
İngiltərədəki tədqiqatçılar dünyanın ilk karbon-14 almaz batareyasını hazırlayıblar. Bu inqilabi batareya, minlərlə il işləməklə yanaşı, təhlükəsiz və davamlı bir həll yolu təqdim edir.
Karbon-14 almaz batareyası, radioaktiv bir izotop olan karbon-14-ün radioaktiv parçalanmasından elektrik istehsal edir. Dünyanın ən sərt materiallarından biri olan almazla əhatə olunan batareya, radiasiyanı təhlükəsiz şəkildə toplayaraq enerji istehsal edir. Karbon-14, almaz mühafizəsi vasitəsilə udulan qısa məsafəli radiasiya yayaraq aşağı səviyyədə elektrik istehsal edir və eyni zamanda təhlükəsizliyi təmin edir. Bu batareya, günəş panelləri kimi işləyir, lakin işığı elektrikə çevirmək əvəzinə, radioaktiv parçalanma nəticəsində yaranan sürətlə hərəkət edən elektronlardan istifadə edir. Karbon-14-ün yarı ömrü 5700 il olduğundan, batareya nəzəri olaraq minlərlə il işləyə bilər.
Karbon-14 almaz batareyalarının ən ümidverici tərəflərindən biri çoxfunksionallığıdır. Bu batareya, ənənəvi enerji mənbələrinin qeyri-praktik olduğu müxtəlif mühitlərdə və cihazlarda istifadə edilə bilər. Məsələn, ürək batareyaları, eşitmə cihazları və göz cihazları kimi implantlara enerji təmin edərək səhiyyə sahəsində inqilab yarada bilər. Tez-tez dəyişdirilməsi tələb olunan ənənəvi batareyalardan fərqli olaraq, almaz batareya on illərlə davam edə bilər.
Bundan əlavə, bu batareyalar kosmik missiyalar üçün də əlverişli ola bilər. Kosmik aparatlara, peyklərə və hətta radio tezlikli (RF) etiketlərə on illərlə enerji təmin edərək xərcləri azalda və onların əməliyyat ömrünü uzada bilər. Bu batareyalarda istifadə olunan karbon-14, nüvə reaktorlarının yan məhsulu olan qrafit bloklarından əldə edilir. Beləliklə, radioaktiv materialın təkrar istifadəsini təmin edərək nüvə tullantılarının azalmasına töhfə verir. Eyni zamanda, nüvə tullantılarının saxlanması probleminə də həll yolu təqdim edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dünyanın ən kiçik bio-batareyası istehsal edilib!
Dünyanın ən kiçik bio-batareyası istehsal edilib!
Oxford Universitetinin tədqiqatçıları, implantlar üçün dünyanın ən kiçik litium bio-batareyasını inkişaf etdiriblər. İnkişaf etdirilən batareya aktivləşdirilə, şarj edilə və bioloji olaraq parçalana bilir.
Çinli alimlər Mars atmosferindən istifadə edərək işləyən batareya hazırlayıblar!
Çinli alimlər Mars atmosferindən istifadə edərək işləyən batareya hazırlayıblar!
Çinli alimlər Mars atmosferindən yanacaq kimi istifadə edən unikal bir batareya hazırlayıblar. Çətin şərtlərdə işləyə bilən bu batareya, ənənəvi litium-ion batareyalarından çox daha yüksək enerji sıxlığına malikdir.
Batareyaların ömrünü 50%-ə qədər artırmağın sadə bir yolu kəşf edilib!
Batareyaların ömrünü 50%-ə qədər artırmağın sadə bir yolu kəşf edilib!
Litium-ion batareyaların ömrü məhduddur, lakin ABŞ tədqiqatçıları litium-ion batareyaların ömrünü 50%-ə qədər artıran sadə üsul kəşf ediblər.
Dünyanın ilk niobium əsaslı batareyası təqdim edilib!
Dünyanın ilk niobium əsaslı batareyası təqdim edilib!
İsveçrəli enerji saxlama pioneri Leclanche SA, niobium bazlı aktiv anod materialı olan dünyanın ilk litium-ion batareya hücresi XN50-ni təqdim edib. Yeni batareya ciddi üstünlüklər təklif edir.
Çinli tədqiqatçılar, kəsildikdə belə çalışa bilən batareyalar hazırlayıblar!
Çinli tədqiqatçılar, kəsildikdə belə çalışa bilən batareyalar hazırlayıblar!
Çin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları, kəsildikdə belə çalışa bilən litium-kükürdlü (Li-S) batareya prototipi hazırlayıblar.
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!