Logo
    main-post-cover

    MIT fikirlərin oxunması üçün kompüter interfeysi yaratdı (VİDEO)

    Elm & Texnologiya
    05.04.2018
    Emil
        Massaçusts Texnoloji İnstitutunun (MIT) tədqiqatçıları yeni kompüter interfeysi yaradıblar. Həmin kompüter interfeysinin idarəedilməsi isə istifadəçi səsi və əli olmadan reallaşdırılır. Bunların yerinə yeni kompüter interfeysi “səssiz nitq”dən istifadə edir. “Səssiz nitq” dedikdə istifadəçinin öz ağlında dediyi sözlər nəzərdə tutulur. AlterEgo adlı sözügedən interfeys istifadəçinin qulağına və çənəsinə bərkidilən cihazdan ibarətidir.

        Bundan əlavə olaraq interfeys cavabın generasiya olunması üçün məlumatları emal edən hesablayıcı sistemə də sahibdir. İstifadəçi ağlında hansısa sözü canlandıran zaman onun beyni siqnalları istifadəçinin üz əzələlərinə və boğazına göndərir. Üz əzələləri və boğaz nitq üçün həmin sözü yaradırlar. Bunun adı subvokalizasiyadır və bir çox insan kitab oxuyarkən ondan istifadə edir.

        AlterEgo cihazı bu siqnalları yüksək dəqiqliklə təyin edə bilir. Beləliklə istifadəçi öz ağlında sözləri təsəvvür edərək kompüterlə söhbət edə bilər. Kompüter isə öz növbəsində Google və ya Siri vasitəsilə xüsusi kəllə sümüyü qulaqlıqları ilə cavab verir. Cihazın yeganə məhdudlaşdırıcı özəlliyi ondan ibarətdir ki, o, hər bir istifadəçinin ləhçəsini öyrənməlidir. Hal-hazırda cihazın siqnalları təyin etmək dəqiqliyi 92% təşkil edir. Əgər tədqiqatçılar bu cihazı bazara çıxara bilsələr nəticələr böyük olacaq.
    Paylaş
    Bənzər xəbərlər