MIUI 11 interfeysini əldə edəcək Xiaomi smartfonlarının siyahısı ortaya çıxıb

MIUI 11 interfeysini əldə edəcək Xiaomi smartfonlarının siyahısı ortaya çıxıb

Texnologiya
14.02.2019 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə biz xəbər vermişdik ki, Xiaomi şirkətinin tərtibatçıları artıq MIUI 11 interfeysinin hazırlanmasına start veriblər. İndi isə internetdə bu interfeysi hansı Xiaomi smartfonlarının əldə edəcəkləri barəsində siyahı ortaya çıxıb. Bu barədə Mydrivers saytı xəbər verib. Təbii ki, bu hələki təsdiq edilməmiş siyahıdır. Beləliklə siyahıya əsasən MIUI 11 interfeysini əldə edəcək Mi seriyası smartfonları: Xiaomi Mi9, Mi Mix 3, Mi8, Mi8 SE, Mi8 Lite, Mi8 EE, Mi Mix 2S, Mi Mix 2, Mi Mix, Mi 6X, Mi6, Mi Note 2, Mi Note 3, Mi 5X, Mi 5c, Mi 5s, Mi 5s Plus, Mi Max 2, Mi Max, Mi Max 3Mi Play.


Bənzər xəbər


    MIUI 11 interfeysini əldə edəcək Redmi seriyası smartfonları: Xiaomi Redmi Note 7 Pro, Redmi Note 7, Redmi S2, Redmi Note 5, Redmi Note 5 Pro, Redmi 6, Redmi 6A, Redmi 6 Pro, Redmi 5, Redmi 5A, Redmi 5 Plus, Redmi 4, Redmi 4A, Redmi 4X, Redmi 3S, Redmi 3X, Redmi Note 5A, Redmi Note 4, Redmi Note 4X, Redmi Note 6 Redmi Note 6 Pro. Məlumata əsasən yeni MIUI 11 interfeysinin xarici görünüşü MIUI 10-dan o qədər də fərqlənməyəcək. Xiaomi tərtibatçıları artıq varolan interfeysin təkmilləşdirilməsi ilə məşğul olacaqlar. Çox güman ki, yeni interfeys əyilə bilən smartfonlar üçün optimizasiya ediləcək. MIUI 11-in çıxış tarixi barəsində dəqiq bir məlumat yoxdur. Lakin çox güman ki, onu MIUI 10 kimi yaz fəslinin sonunda anons edəcəklər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..

×