main-post-cover

    MIUI 11 istifadəçi interfeysində nə yeniliklər olacaq?

    29.03.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti artıq bir neçə aydır ki, özünün MIUI 11 interfeysi üzərində çalışır. İndi isə internetdə sözügedən interfeys versiyasında olacaq bəzi özəlliklər barəsində məlumatlar ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. MIUI 11-in bəzi özəllikləri barəsində Xiaomi şirkətinin dizayn və məhsullar üzrə meneceri Liu Ming danışıb. Onun sözlərinə əsasən şirkət MIUI 11-də tətbiqlərtin xarici görünüş ikonlarını tamamilə dəyişəcək və onları vahid hala gətirəcək.
        Bundan əlavə oloaraq yeni interfeysə Ultimate Power Saving Mode adlı rejim də əlavə olunacaq. Həmin rejimin aktivləşdirilməsi halında smartfon ekranı monoxrom vəziyyətə keçid edəcək və istifadəçi bu rejimdə yalnız zəng edə və mesaj göndərə biləcək. Həmin rejimi əsas ekrana lazımi tətbiqləri əlavə etməklə ayarlamaq mümkün olacaq.
        Yenilənmiş interfeysdə tərtibatçılar həmçinin standart tətbiqlər üçün Dark Mode rejimini optimizasiya edəcəklər və istifadəçi tərəfindən çəkilmiş screenshotun paylaşılmasından sonra həmin screenshotun avtomatik silinməsi özəlliyini reallaşdıracaqlar. MIUI 11 interfeysi ya yaz fəslinin sonunda ya da yay fəslinin əvvəlində işıq üzü görəcək. Qeyd etmək lazımdır ki, şirkətin 40-dan çox smartfon modeli bu interfeysi əldə edəcək,
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər