MIUI interfeysində təqdim olunan reklam elanlarını deaktiv etmək mümkün olacaq

MIUI interfeysində təqdim olunan reklam elanlarını deaktiv etmək mümkün olacaq

Texnologiya
05.09.2019 PAYLAŞIM

    Xiaomi şirkəti hələ yay fəslinin əvvəlində MIUI interfeysindəki reklam elanlarını optimizasiya etməyə başlamışdı. Lakin indi şirkət reklamları tamamilə deaktiv etməyi düşünür. Bu barədə Mydrivers saytı xəbər verib. Şirkətin məhsullar və MIUI Experience şöbəsi üzrə direktoru Çinin Weibo adlı sosial şəbəkəsində bildirib ki, tərtibatçılar MIUI interfeysi üçün Ad Switch adlı funksiya üzərində çalışırlar.

    Bu funksiya vasitəsilə istifadəçilər smartfon sistemində təqdim olunan reklam elanlarını deaktiv edə biləcəklər. Lakin təəssüflər olsun ki, bu funksiyanın necə çalışacağı hələ məlum deyil. Belə ki, reklam elanları Xiaomi şirkətinin bütün gəlirinin 10%-ni təşkil edir. Lakin bu funksiyanın istifadəyə verilməsi ilə şirkətin reklam gəlirləri aşağı düşəcək. Ola bilər ki, şirkət bu itkini kompensasiya etməyin başqa bir yolunu tapıb.


    Hər halda istifadəçilər reklam elanlarının deaktiv edilməsi funksiyasına çox sevinəcəklər. Sözügedən funskiya hələ test mərhələsindədir və onu növbəti böyük MIUI yenilənməsində aktivləşdirmək planlaşdırılır. Çox güman ki, söhbət, MIUI 11 interfeysindən gedir. Məlumata əsasən MIUI 11 interfeysi 24 sentyabr tarixində Mi Mix 4 flaqman smartfonu ilə birlikdə təqdim ediləcək. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..


Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının ..


Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıb..

Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar.

×