main-post-cover

    Mobil operator 9 illik aradan sonra iPhone 3GS'i yenidən satışa çıxardır

    17.06.2018
    Farid Pardashunas
        2009-cu ildə satışa çıxmış iPhone 3GS gözlənilmədən yenidən satışa çıxacaq. Belə ki,  Koreyanın SK Telink adlı mobil operatoru öz anbarında vaxtı ikən satılmamış iPhone 3GS modellərini aşkar edib. Şirkət həmin smartfon partiyasını münasib qiymət göstəricisində azad satışa buraxmağı planlaşdırır. Möhürlənmiş və heç kim tərəfindən istifadə edilməmiş iPhone 3GS modelləri şirkətin anbarında 9 il müddətində qalıb.

        Smartfonlar tamamilə işlək vəziyyətdədirlər. Lakin buna baxmayaraq şirkət hər ehtimala qarşı onları yenə də yoxlayacaq. Daha sonra smartfonlar müqaviləsiz azad satışa 40$ qiymətində satışa çıxacaqlar. Nəzərinizə çatdıraq ki, iPhone 3GS 480x320 piksel keyfiyyətli 3.5 inç ekran, 600 MHz tezliyində çalışan Samsung APL0298C05 prosessoru, PowerVR SGX 535 qrafik sürətləndirici, 256 MB RAM, 32 GB daxili yaddaş, 3 MP-lik bir arxa kamera və 3G mobil şəbəkəsi ilə təchiz olunub. Sözügedən model üçün sonuncu proqram təminatı isə iOS 6.1.6 olub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər