main-post-cover

    Mobil operatorlar 5G internetinin real sürətini açıqlayıblar

    Elm & Texnologiya
    05.08.2020
    Emil Nəcəfov
        4G şəbəkəsi ilə müqayisədə yeni nəsil 5G şəbəkəsinin diqqət çəkən sürətdə bağlantı təqdim edəcəyi gözlənilir. Hətta bəzi elektronika istehsalçıları bir neçə müddət bundan öncə 5G şəbəkəsində rekord sürət (saniyədə 4.3 Gbit) əldə etmişdilər. Lakin test çərçivəsinin kənarında 5G şəbəkəsinin sürəti daha aşağıdır. Cənubi Koreyanın aparıcı mobil operatorları 5G şəbəkəsinin faktiki imkanlarından danışıblar. Hətta aşağı səviyyədə də onun nəticələri diqqət çəkir. Bu barədə Zdnet.com saytı xəbər verib. Təqdim olunmuş statistika bu ilin yanvar ayından iyun ayına kimi yığılıb.
        Statistikanın yığılmasında isə 3 telekommunikasiya şirkəti iştirak edib: SK Telecom, KT LG Uplus. Beləliklə statistikaya əsasən SK Telecom-un 5G şəbəkəsində yüklənmə sürəti saniyədə 789 Mbit, KT-nin 5G şəbəkəsində saniyədə 652 Mbit, LG Uplus-ın 5G şəbəkəsində isə saniyədə 528.6 Mbit təşkil edib. İnsanların çox olduqları yerlərdə faylların yüklənmə sürəti ortalama saniyədə 654 Mbit təşkil edib. Bu tədqiqat kitabxanalar, universitetlər, parklar, xəstəxanalar, terminallar, metro və sərgi mərkəzləri də daxil olmaqla ölkənin 11.000 nöqtəsinin pik vaxtında aparılıb.
    Linki kopyala